• 13.06.2017 / İDXAL ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI ÜZRƏ TƏLİM ÖZ İŞİNƏ BAŞLAYIB
  • 09.06.2017 / Nazir Heydər Əsədov Yevlax şəhərində Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarinin sakinləri ilə görüşüb
  • 05.06.2017 / Azərbaycanda istifadə olunan pestisidlərin insan sağlamliğina və ətraf mühitə təsiri araşdirilacaq
  • 01.06.2017 / DFNX-da Dünya Bankının ekspertləri ilə görüş keçirilmişdir
  • 30.05.2017 / Dövlət Fitosanitar Nəzarəti Xidməti xəbərdarliq edir
  • 30.05.2017 / Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Qida və Kontrol Genel Müdürlüyünün iş təcrübəsi ilə tanışlıq

25 İyun 2017

İyun 2017
B.e.Ç.a.Çə.C.a. Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
<< >>

Dont risk
13.06.2017 / İDXAL ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI ÜZRƏ TƏLİM ÖZ İŞİNƏ BAŞLAYIB
XƏBƏRLƏR
09.06.2017 / Nazir Heydər Əsədov Yevlax şəhərində Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarinin sakinləri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görürlər. Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 9-da Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

05.06.2017 / Azərbaycanda istifadə olunan pestisidlərin insan sağlamliğina və ətraf mühitə təsiri araşdirilacaq

İyun 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Çəyirtkəkimilərlə mübarizə zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın qarşısının alınması” mövzusunda təşkil etdiyi təlim-seminar öz işinə başlayıb.

01.06.2017 / DFNX-da Dünya Bankının ekspertləri ilə görüş keçirilmişdir

01 iyun 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində Dünya Bankının Kənd Təsərrüfatı üzrə ekspertləri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan və eləcə də ticarət əlaqələri saxladığımız digər ölkələrdə təhlükəsiz ərzaq məhsullarının istehsalı, idxal və ixracı zamanı aktual fitosanitar məsələlər müzakirə olunmuşdur.

30.05.2017 / Dövlət Fitosanitar Nəzarəti Xidməti xəbərdarliq edir

Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstan Respublikasının müxtəlif (Abxaziya və s.) ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub.

30.05.2017 / Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Qida və Kontrol Genel Müdürlüyünün iş təcrübəsi ilə tanışlıq

21 - 27 may 2017 – cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində həyata keçirilən və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbər heyəti ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iştitak etdiyi bu səfərin məqsədi Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın tələblərinin həyata keçirilməsi sahəsində Türkiyə Respublikasının Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Qida və Kontrol Genel Müdürlüyünün iş təcrübəsi ilə tanışlıq olmuşdur.

1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45