• 19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
  • 18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB
  • 14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB
  • 12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR
  • 09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir
  • 05.05. 2018 / İMİŞLİ RAYONUNDA ÇILPAQ İLBİZLƏRİN YAYILMASI MÜŞAHİDƏ OLUNUB

20 İyun 2018

Sentyabr 2017
B.e.Ç.a.Çə.C.a. Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
<< >>

Dont risk
19.05.2018 / DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNDƏ ÜMUMRESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLİB
XƏBƏRLƏR
18.05.2018 / PAMBIQ ƏKİNLƏRİNDƏ YENİ ZƏRƏRVERİCİ AŞKAR EDİLİB

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin pambıq əkinlərində apardığı monitorinqlər nəticəsində, Kürdəmir rayonunda otlaq ərazilərin şumlanaraq pambıq səpildiyi bəzi sahələrdə bitkinin ixtisaslaşmış zərərvericisi olmayan kiçik böcəklər tərəfindən pambıq cücərtisi yarpaqlarının yeyilməsi aşkar olunub.

14.05.2018 /DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTI KÜRDƏMİR RAYONUNDA FERMERLƏRLƏ GÖRÜŞ KEÇİRİB

May ayının 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Kürdəmir rayonunda “Pambıq bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda pambıqçılıq sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirib. Açıq sahədə keçirilən görüşün keçirilməsində əsas məqsəd, pambıq sahəsində yaz-tarla işlərinin aparılması, pambığın becərilmə texnologiyasında bütün aqrotexniki qaydalara riayət edilməsi, pambıq sahələrinin zərərverici və xəstəliklərdən qorunması istiqamətində aparılması nəzərdə tutulan mübarizə tədbirləri və digər məsələlərlə yaxından tanış olmaqdır.

12.05.2018 / AZƏRBAYCANDA MƏRAKEŞ ÇƏYİRTKƏLƏRİNƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Cari ilin aprelin 19-da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı başlayan kimyəvi mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri tərəfindən dövlət büdcəsi ayrılan vəsait hesabına aparılan mübarizə tədbirləri nəticəsində bu günə qədər Saatlı rayonu ərazisində 6100 hektar, İmişli rayonu ərazisində 3500 hektar, Biləsuvar rayonu ərazisində 4400 hektar, Sabirabad rayonu ərazisində 1600 hektar, Hacıqabul rayonu ərazisində 200 hektar və Beyləqan rayonu ərazisində 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Bu günə qədər Respublika üzrə ümumilikdə 15900 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

09.05.2018 / Dövlət Fitosanitar Nəzarəti Xidməti pambiq sahələrində mənənələrə qarşi mübarizənin başlanmasi ilə bağli xəbərdarliq edir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pambıq əkinlərinin fitosanitar monitorinqləri zamanı pambıq sahələrində mənənələr aşkar edilib. Dövlət Xidməti vəziyyətin əhəmiyyətini nəzərə alaraq ehtiyac olan yerlərdə mənənələrə qarşı mübarizə tərbirlərinə başlanılmasının vacibliyini fermerlərin, torpaq mülkiyyətçilərinin və sahibkarların diqqətinə çatdırır.

05.05. 2018 / İMİŞLİ RAYONUNDA ÇILPAQ İLBİZLƏRİN YAYILMASI MÜŞAHİDƏ OLUNUB

İmişli rayonunun Rəsullu kəndinin sakinlərinə məxsus 3 hektar yonca əkini sahəsinin çılpaq ilbizlərlə (limaks/Limax tiqris talyschanus Boettq/ və parmatsella (Parmaclla olivieri Cuv.)) sirayətləndiyi müəyyən edilib.

1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45