• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

22 İyul 2019
Dont risk

Xəbərlər

21.12.2016 / FAO Azərbaycana Rotterdam Konvensiyasına qoşulmaqda yardım edir

21 dekabr 2016-cı il, Bakı, Azərbaycan – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, akademik dairələr, elmi-tədqiqat institutları və kimya sənayesinin nümayəndələrinin iştirakı ilə keçirilən maraqlı tərəflərin məsləhətləşmə iclası Rotterdam Konvensiyasının ratifikasiyasına köməklik göstərməklə Azərbaycanda kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsi məqsədi daşıyır.

FAO bir müddət öncə konvensiyanın ratifikasiya olunması ilə bağlı, “Milli səviyyədə boşluqların və fürsətlərin, eləcə də Azərbaycan tərəfindən Rotterdam Konvensiyasının ratifikasiya olunması istiqamətində mümkün addımların müəyyən edilməsi” üzrə hesabat hazırlamaqla hökumətə dəstək göstərmişdir.

 

Bundan əlavə, Azərbaycandan olan nümayəndələrin iştirakı ilə, FAO Rotterdam Konvensiyasının Katibliyi ilə birgə 2015-ci il 16-18 noyabr tarixlərində Bişkek şəhərində “Rotterdam Konvensiyasının Bazel və Stokholm Konvensiyaları ilə əməkdaşlıq çərçivəsində icrası: pestisidlərin və kimyəvi maddələrin milli və regional səviyyələrdə idarə olunmasına vahid yanaşma” mövzusunda regional məsləhətləşmə iclası keçirmişdir.

 

Növbəti addım olaraq, “Kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsi: Rotterdam Konvensiyasının ratifikasiyası istiqamətində addımlar” mövzusunda məsləhətləşmə iclasının keçirilməsi ölkədə kimyəvi təhlükəsizliyin müxtəlif aspektləri, kimyəvi məhsullara və tullantılara dair beynəlxalq konvensiyaların icrası, eləcə də FAO-nun regionda kənd təsərrüfatı üzrə fəaliyyətinə dair bütün maraqlı tərəflər arasında məlumat mübadiləsinin aparılması üçün unikal fürsət rolunu oynayır.

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev öz çıxışında bildirmişdir ki, “Beynəlxalq ticarətdə pestisidlərin və müxtəlif təhlükəli kimyəvi maddələrin insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin aradan qaldırılması məqsədilə, Rotterdam Konvensiyasına üzv dövlətlər ümumi səylərini birləşdirir, bu tip maddələrin idxal və ixrac əməliyyatlarına dair qərarların qəbul edilməsini tənzimləmək üçün məlumatların müvafiq əməliyyatlardan öncə tərəflərə çatdırılmasını təmin edir ki, bu da mənfi halların qarşısının alınması üçün əhəmiyyətli rol oynayır”.

 

“Artıq Azərbaycan Bazel və Stokholm Konvensiyalarına üzvdür. Eyni zamanda, Rotterdam Konvensiyasının ratifikasiya olunması kimyəvi məhsullar və tullantılar üzrə bütün konvensiyaların səmərəli icrasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcəkdir” – deyə, Milli Məclisin nümayəndəsi Şamil Hüseynov qeyd etmişdir.

 

 

“2016-cı ildə Azərbaycan Respublikası Hökuməti və FAO rəsmi olaraq, milli fəaliyyət planlarının və strategiyaların hazırlanması, o cümlədən kənd təsərrüfatının və kənd yerlərinin dayanıqlı inkişafının təşviq olunması üzrə məsul maraqlı tərəflərlə əməkdaşlıq etmək üçün razılığa gəlmişdir. Bugünkü iclas da bu əməkdaşlığın təşviq olunması üçün mükəmməl platforma rolunu oynayır” – deyə, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak bildirmişdir. Xanım Çakmak eyni zamanda qeyd etmişdir ki, FAO Qlobal Ətraf Mühit Fondu (GEF) ilə birgə tezliklə Azərbaycanın da iştirak edəcəyi “Mərkəzi Asiya ölkələri və Türkiyədə davamlı üzvi çirkləndiricilərin və pestisidlərin həyat dövrünün idarə edilməsi və zərərsizləşdirilməsi” layihəsinin icrasına başlayacaqdır. Layihə əhalinin sağlamlığına və ətraf mühitə yüksək risk yaradan davamlı üzvi çirkləndiricilərin və digər köhnəlmiş pestisidlərin tullantılarının azaldılmasına, eləcə də bu sahədə hüquqi və institusional bazanın möhkəmləndirilməsinə töhfə verəcəkdir.

 

FAO-nun baş texniki əməkdaşı və Rotterdam Konvensiyasının Katibliyinin koordinatoru Kristin Fuel  Azərbaycanın konvensiyasını ratifikasiya edəcəyi təqdirdə əldə olunacaq faydalar və imkanlar barədə ümumi təqdimat etmişdir. “Rotterdam Konvensiyasına tərəf olmağın çoxsaylı üstünlüklərindən biri odur ki, ölkə gələcəkdə müvafiq zərərli kimyəvi məhsulların və pestisidlərin idxalı zamanı məlumatlı qərar qəbul edə biləcək, eyni zamanda insan sağlamlığını və ətraf mühiti qorumaqla onların təhlükəsiz istifadəsini təmin edəcəkdir. Əlavə olaraq, konvensiya inkişaf etməkdə olan dövlətlərə müxtəlif zərərli pestisidlərlə bağlı məsələ qaldırmağa və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa töhfə verəcəkdir” – deyə, xanım Fuel qeyd etmişdir.

 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45