19 sentyabr 2017-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar sertifikatlaşdırılması” üzrə təlim seminarı öz işinə başlayıb.

Tender 2 lot üzrə keçirilir.
Lot 1 – Laboratoriya avadanlıqları və cihazlarının satınalınması
Lot 2 – Çiləyici aqreqatlar, xüsusi təyinatlı nəqliyyat vasitələri və traktorlar üçün ehtiyyat hissələrinin satınalınması
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli Sərəncamının icrasına uyğun olaraq barama istehsalçılarına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 (beş) manat məbləğində subsidiya verilir. Bununla əlaqədar olaraq 19 iyul 2017-ci il tarixində Respublika Komissiyasının iclası keçirilmişdir.
Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşa təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericisinin ikinci nəslinin tırtılları aşkar olunub.