• 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB
  • 05.09.2017 / ELAN: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti A Ç I Q T E N D E R E L A N E D İ R
  • 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR

19 Sentyabr 2017
Dont risk

Məktub yazmaq

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsmi internet səhifəsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir. DFNX-nın rəsmi internet səhifəsi hər bir vətəndaşa məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinə elektron formada müraciət göndərməzdən əvvəl, xahiş edirik aşağıdakı qaydalarla tanış olun:

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər aidiyyəti üzrə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  müvafiq struktur bölmələrinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-ıQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsmi internet səhifəsində geniş məlumatlar yerləşdirilmişdir. İnternet səhifənin imkanlarını tam öyrəndiyiniz halda sizi maraqlandıran suallara özünüz cavab tapacaqsınız. Bu səbəbdən saytda öz əksini tapan suallara və bir neçə dəfə eyni müraciətlərə baxılmayacaqdır.

Müraciət mətnini yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.

Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin e-poçt: www dfnx@dfnx.gov.az ünvanına göndərilməlidir.

 

 

 

Ad
*
Soyad
*
E-mail
*
Telefon
*
Ünvan
*
Müraciətin mövzusu
*
Müraciət
*


Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45