Bitki mühafizəsi - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən mühafizəsi məqsədi ilə kompleks tədbirlərin həyata keçirilməsidir. Bu kompleks tədbirlərin həyata keçirilməsində bitki mühafizə vasitələri - bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərdən qorunması məqsədi ilə istifadə olunan pestisidlər, bioloji preparatlar, canlı faydalı orqanizmlər və texniki vasitələr əhəmiyyətli yer tutur.Bitkiləri zərərli orqanizmlərdən qorumaq üçün aqrotexniki, mexaniki, fiziki, kimyəvi, bioloji və digər üsullardan istifadə edilir.
Ədəbiyyat məlumatlarında göstərilir ki, yer kürəsində mövcud olan 1 mln buğumayaqlıdan 68 minə qədəri iqtisadi nöqteyi nəzərdən zərər vura bilirlər. Sorucu ağız aparatına malik olan bir sıra zərərvericilər, kənd təsərrüfatına ciddi zərər vurmaqla yanaşı, eləcə də insanlar üçün dəhşətli xəstəliklərin daşıyıcılarıdır. Adi ev milçəyi 200-dən artıq mədə-bağırsaq xəstəliklərinin infeksiyalarını yayır. Həşarat və gənələrin əksəriyyəti vegetasiya dövrü yüksək nəsil vermək qabiliyyətinə malikdirlər. Bu səbəbdən dünya üzrə istehsal olunan pestisidlərin 30,5%-i insektisidlərin payına düşür.
Müxtəlif illərdə üzümün mildiu, soğanın perenosporoz, tütünün yalançı unlu şeh və ya perenosporoz, kartofun fitoftoroz xəstəliyi məhsulun 50-60% itkisinə səbəb olmuşdur.
Dünya kənd təsərrüfatına 60 fəsiləyə daxil olan 200 növ alaq otları zərər vurur. Bunların 57% -ni birilliklər, 43%-ni çoxilliklər təşkil edirlər. 80 növ alaq otu xüsusilə təhlükəli hesab edilir. 1985-ci ildə dünyada noxud sahələrinin alaq otları ilə sirayətlənməsi məhsulun tam məhvinə səbəb olmuşdur.
Bitkilərin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsi məqsədi ilə kimyəvi üsuldan geniş istifadə olunur. Kimyəvi üsulun mahiyyəti fitopatogen orqanizmlərə qarşı toksiki olan üzvi, qeyri-üzvi və s. mənşəli pestisidlərin tətbigidir.
Pestisidlər - zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə istifadə edilən zəhərli kimyəvi maddələrdir.
Pestisidlər – bitkilərin mühafizəsində tətbiq edilən ümumi qəbul edilmiş kimyəvi vasitələrdir (pest - zəhər, sideo-öldürərəm). Pestisidlər canlıları məhv etdiklərinə görə bioloji fəal maddələr olaraq onların həyat fəaliyyətini pozur. Belə preparatlar nəinki tətbiq edilən orqanizmə, hətta digər canlılara, o cümlədən istiqanlı heyvanlara və insanlara da təsir edir. Ancaq bu maddələr seçici təsirə malik olduqlarından müxtəlif orqanizmlərə təsiri də müxtəlifdir.
Pestisidlərdən istifadə etdikdə, onların seçicilik xususiyyətini nəzərə almaq vacib məsələlərdəndir. Pestisidlər kənd təsərrüfatında becərilən bütün bitkilərdə məhsulun zərərli orqanizimlərdən mühafizə olunması məqsədi ilə istifadə olunur.
Zərərli orqanizmə təsirinə və praktiki təyinatına görə pestisidlər bir neçə qrupa bölünür:
qrupları xüsusi adlara malıkdir:
Pestisidlər qrupuna bitkilərin boy maddələri, bitkilərin böyüməsinə sürətləndirici və ləngidici təsir edən /retardantlar/, yarpaqların tökülməsi üçün tətbiq edilən /defoliantlar/ və bitkilərin qurumasını təmin edən /desikantlar/ prepapatlar da daxildir.
Bunlardan başqa pestisidlərə- həşaratların erkək fərdlərini cəlb edən feromonlar; iyi və dadı həşaratları qovan repelentlər və cəlb edən atraktantlar, həşaratları cinsi sterilizə edən preparatlar da daxildir. Hazırda həşaratlarin qidalanmasına mane olan preparatlar /antifidantlar/ işlənib hazırlanır.
Pestisidlər kimyəvi tərkibinə görə 3 qrupa bölünürlər:
Pestisidlərin xarakterinə və təsir mexanizminə görə orqanizmə daxil olma üsulları
Hal-hazırda kənd təsərrüfatinın müxtəlif sahələrində insektisidlər, fungisidlər, herbisidlər və bitkilərin müxtəlif boy maddələri geniş tətbiq edilir. Zərərverici orqanizmə daxil olmasına, təsir mexanizminə və digər kriteriyalara görə pestisidlər müxtəlif yarım qruplara bölünürlər:
ı. İNSEKTıSıDLƏR -daxilolma xarakretinə və həşaratın orqanizmini məhv etmə qabiliyyətinə görə əsas aşağıdakı yarım qruplara bölünürlər:
1. Kontakt təsirli, həşaratın bədəninin istənilən yeri ilə təmasda olduqda onu məhv edən maddələr.
2. Bağırsaq təsirli, orqanizmə qida ilə daxil olub, bağırsağa düşdükdə həşaratı zəhərləyən maddələr.
3. Sistem təsirli, pestisid bitkiyə əsasən vegetativ orqanlar vasitəsi ilə daxil olaraq ksilema və ya floema ilə hərəkət edir və hüceyrə sitoplazmasında toplanır. Sorucu ağız aparatına malik həşaratlar hüceyrə şirəsini sorarkən zəhər həşaratın həzm sisteminə daxil olaraq onu məhv edir.
4.Fumiqantlar- orqanizmə tənəffüs yolları vasitəsi ilə qaz və ya buxar şəklində daxil olaraq toksiklik göstərən pestisidlər.
Qeyd etmək lazımdır ki, bir çox insektisidlərin toksiki maddələri orqanizmə müxtəlif yollarla daxil olaraq həşaratı məhv edir. Bəzi insektisidlər orqanizmə sırf fiziki təsir edirlər, belə ki, onlar həşaratın tənəffüz sistemində tıxanma yaradır və bunun nəticəsində onlar boğularaq (asfiksiya) məhv olurlar.
ıı. FUNGİSİDLƏR- əsasən iki yarımqrupa bölünür:
1.Bitkilərin vegetasiyası dövründə istifadə olunan fungisidlər
2.Bitki cücərtilərini xəstəlik törədicilərindən qorumaq məqsədi ilə, səpinqabağı toxumları dərmanlamaq üçün istifadə olunan fungisidlər
Öz növbəsində bitkilərin vegetasiyası dövründə istifadə olunan fungisidlər də profilaktiki və qırıci təsirli fungisidlərə bölünür. Profilaktiki təsirli fungisidlər bitkiləri müxtəlif infeksiyalardan mühafizə edir, qırıcı təsirli fungisidlər isə bitkilərin xəstəliklərdən müalicəsi üçün tətbiq edilir. Fungisidlər eyni zamanda kontakt və sistem təsirli olurlar.
Almanın fungisidlərlə mühafizəsi
ııı. HERBıSıDLƏR- bitkiyə təsirinə görə iki əsas yarım qrupa bölünürlər:
1.Ümumi təsirli, bitkilərin bütün növlərinə təsir edənlər
2.Seçici (selektiv), yəni yalnız bir növ bitkiyə təsir edənlər.
Qeyd etmək lazımdır ki, herbisidlərin belə iki qrup bölünməsi şərtidir, çünki işçi məhlulun kəsafətliyindən və məsarif normasından asılı olaraq eyni herbisid ümumi və seçici təsirli ola bilər.
Xarici təsir əlamətlərinə və tətbiq xüsusiyyətlərinə görə (torpaqdan kökə daxil edilməsi, bitkinin səthinə tətbiqi və s.) herbisidlər üç yarım qrupa bölünür:
Kontakt təsirli herbisidlər yarpaq və gövdə ilə təmasda olduqda, bitkilərin həyatiliyini təmin edən prosesləri pozaraq onu məhv edir. Belə herbisidlər yalnız bitkilərin təmasda olan orqanlarını zədələyirlər, ancaq bitkilərin yeni zoğları əmələ gəlir və zədələnmiş bitki yenidən inkişaf edir.
Sistem təsirli herbisidlər bitkilərin boru sistemi vasitəsi ilə hərəkət edən maddələrdir. Herbisidlər yarpaq və kök sisteminə düşdükdə tez bir zamanda bitkinin bütün hissələrinə yayılır və onu məhv edir. Sistem təsirli preparatları çoxillik və kök sistemi inkişaf etmiş alaq otlarına qarşı tətbiq etdikdə yüksək səmərə verir.
Üçüncü qrupa toxumları, o cümlədən cücərən və alaq otlarının köklərini məhv etmək məqsədilə tətbiq olunan herbisidlər aiddir.
Boy maddələri pestisidlərin əsas qrupunu təşkil edir və geniş təsir etmə xüsusiyyətlərinə malikdir. Bu preparatlar bitkilərin məhsuldarlığının artırılmasında, məhsul vermə müddətinin sürətləndirilməsində, soyuqdan və quraqlıqdan qorunmasında istifadə olunur.
Pestisidlərin kimyəvi strukturu
İstehsal olunan hər bir pestisid kimyəvi strukturuna görə müəyyən kimyəvi sinifə aiddir. Respublikada istifadəsinə icazə verilmiş pestisidlərin siyahısında dövlət qeydiyyatından keçmiş 20-dən çox kimyəvi qrupa aid birləşmələr vardır:
Pestidlərin səmərəliliyi
Pestisidlərin səmərəliliyi müxtəlif amillərdən asılıdır:
Pestisidlərin preparativ formaları
Pestisidlər müxtəlif preparativ formalarda istehsal olunur. Onlar arasında ən çox yayılmış emulsiya konsentratı, islanan toz, qranula, sulu məhlul, suda həll olan toz, mineral-yağ emulsiyaları, tabletlər və s.
Pestisidlərin istifadə üsulları
Pestisidlər müxtəlif üsullarla tətbiq olunur:
Pesrisidlərin orqanizmə təsiri
Gigiyenik sinifləşdirmə preparatları xarakterizə etməyə, pataloji təsirini, və maddələrin nə dərəcədə təhlükəli olmasını müəyyən etməyə imkan verir.
Toksikliyinə və təhlükəliliyinə görə pestisidlər bir neçə qrupa bölünür:
Pestisidlərin yenilənməsi
Pestisid ehtiyatını iki əsas səbəbə görə həmişə yeniləmək lazımdır. Birincisi, daima insanlar və ətraf mühit üçün daha təhlükəsiz yeni preparatlar sintez olunur. İkincisi zərərverici orqanizmlərdə prepatatlara qarşı davamlılıq (rezistentlik) yaranır və bir neçə çiləmədən sonra preparat öz səmərəliliyini itirir.
Kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində pestisidlərdən intensiv, bir çox hallarda isə əsassız istifadə, elmi əsaslandırılmış reqlamentlərin və istifadə texnologiyalarının pozulması demək olar ki, bu preparatların bioloji səmərəliliyinin hissediləcək dərəcədə və bəzi hallarda isə tam azalmasına gətirib çıxarır. Meydana gələn bu vəziyyət demək olar ki, bütün dünya ölkələrində (pestisidlərin çeşidinin, onların istifadə texnologiyalarının yenilənməsi və s.) bitkilərin kimyəvi mübarizə tədbirlərinin taktika və strategiyasının yenidən qurulması vəzifəsini qarşıya qoyur.
Kimyəvi mübarizə tədbirləri həyata keçirərkən müxtəlif kimyəvi siniflərə aid olan preparatların bir birini əvəzləməsi çox vacibdir, belə ki, bu proses zərərvericinın populyasiyasında pestisidlərə qarşı dayanıqlığının (rezistentliyinin) yaranmasını zəiflədir.
Son illər kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarına qarşı inteqrir mübarizə tədbirlərinin həyata keşirilməsi nəticəsində, pestisidlərdən istifadənin azaldılması vacib məsələlərdəndir. Bu proses davamlı sortların becərilməsi və bitkiçilikdə müasir becərmə texnologiyalarından istifadə, bioloji və biotexnoloji tədbirlərin tətbiqinin üstünlüyü və kombinasiyası ilə həyata keçirilir, kimyəvi mühafizə vasitələrinin istifadəsi imkan daxilində aşağı salınır.
Müasir bitki mühafizə tədbirləri sistemlərində, zərərverici populyasiyasının sayı və ya bitkilərin zədələnmə dərəcəsi iqtisadi zərərvermə həddindən yüksək olarsa, başqa sözlə desək əgər vurulan zərər hiss olunacaq iqtisadi ölçülərə çatarsa, pestisidlərdən istifadə özünü döğruldur. Belə fərqli yanaşma pestisidlərin təkrar istifadəsini azaltmaqla, sahənin başdan-başa çilənməsindən imtina etməyə şərait yaradır.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən qorunması üçün kimyəvi bitki mühafizə vasitələrindən istifadə zəruri olaraq qalır, lakin onların tətbiqi aparılmış müşahidələrin nəticələrinə əsaslanaraq hər bir konkret sahə üçün iqtisadi zərərvermə həddləri və xeyirli həşaratların (entomofaqlar) səmərəlilik həddi nəzərə alınmaqla həyata keçirilməlidir.
İnsanlar kənd təsərrüfatında pestisidlərdən istifadədən tam imtina edə bilməzlər, belə ki, bu çox böyük məhsul itkisinə səbəb ola bilir. Bu təhlükəli maddələrdən yalnız o hallarda istifadə etmək lazımdır ki, həqiqətən bu maddələrin tətbiq edilməsi ekoloji, iqtisadi və sosial münasibətlərdə məqsədəuyğun olsun.
Kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsi məqsədi ilə hal-hazırda müxtəlif firmaların istehsalı olan adları aşağıda qeyd olunan təsiredici maddələr geniş tətbiq edilir:
İngiliscə |
Azərbaycanca |
İngiliscə |
Azərbaycanca |
|
Abamectin |
Abamektin |
Sulfur |
Kükürd |
|
Acetamiprid |
Asetamiprid |
Quizalofop-P-ethyl |
Quizalafop-P-etil |
|
Alpha cypermethrin |
Alfa sipermetrin |
Lambda cyhalothrin |
Lambda-sihalotrin |
|
Amitraz |
Amitraz |
Linuron |
Linuron |
|
Azoxystrobin |
Azoksistrobin |
Lufenuron |
Lufenuron |
|
Benomyl |
Benomil |
Malathion |
Malation |
|
Bentazone |
Bentazon |
Mancozeb |
Mankozeb |
|
Beta-cypermethrin |
Beta-sipermetrin |
Metaldehide |
Metaldehid |
|
Bifenazate |
Bifenazat |
Methomyl |
Metomil |
|
Bifentrin |
Bifentrin |
Metiram |
Metiram |
|
Captan |
Kaptan |
Metribuzin |
Metribuzin |
|
Carbendazim |
Karbendazim |
Nicosulfuron |
Nikosulfuron |
|
Carbosulfan |
Karbosulfan |
Oxamyl |
Oksamil |
|
Cartap |
Kartap |
Parathion methyl |
Paration metil |
|
Chlorothalonil |
Xlortalonil |
Penconazole |
Penkonazol |
|
Chlorpyrifos |
Xlorpirifos |
Pendimethalin |
Pendimetalin |
|
Cyhexatin |
Siheksatin |
Pyridaben |
Piridaben |
|
Cypermethrin |
Sipermetrin |
Propargite |
Propargit |
|
Cyprodinil |
Siprodinil |
Propicanazole |
Propikonazol |
|
Deltamethrin |
Deltametrin |
Propineb |
Propineb |
|
Diazinon |
Diazinon |
Pyraclostrobin |
Piraklostrobin |
|
Difeneconazole |
Difenekonazol |
Pyrimethanil |
Pirimetanil |
|
Diflubenzuron |
Diflubenzuron |
Spinosad |
Spinosad |
|
Dimethoate |
Dimetoat |
Spirodiclofen |
Spinodiklofen |
|
Diniconazole |
Dinikonazol |
Tebuconazole |
Tebukonazol |
|
Esfenvalerate |
Esfenvalerat |
Thiacloprid |
Tiakloprid |
|
Fenoxycarb |
Fenoksikarb |
Thiram |
Tiram |
|
Glyphosate |
Glifosat |
Triadimefon |
Triadimefon |
|
Hexaconazole |
Heksakonazol |
Triadimenol |
Triadimenol |
|
ımazalil |
İmazalil |
Trifloxystrobin |
Trifloksistrobin |
|
İmidaclopryd |
İmidakloprid |
Trifluralin |
Trifluralin |
|
ındoxacarb |
İndoksikarb |
Thiamethoxam |
Tiametoksam |
|