• 07.11.2018 / Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında heç bir zərərverici aşkar edilməyib
  • 06.11.2018 / Şəkidə yaponiya yalançı qalxanlı mumlu yastıcası aşkar edilib
  • 05.11.2018 / Şəkidə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılır
  • 02.11.2018 / Dövlət Fitosanitar Xidmətində peşə bayramı ilə bağlı müşavirə keçirilib
  • 01.11.2018 / Kənd Təsərrüfatı İşçiləri gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib
  • 01.11.2018 / Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

12 Noyabr 2018
Dont risk

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün müraciət və sənədlərin qəbulu

Reqlament

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması məqsədi ilə müraciətin və sənədlərin qəbulu üçün inzibati reqlament.
 

"Təsdiq edirəm"

Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Fitosanitar
Nəzarəti Xidmətinin rəisi                                    

 

 ____________ Məmmədəli Dünyamalıyev     

 “___”_______________2013 -cü il

 

Azərbaycan Respublikasının  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması məqsədi ilə müraciətin və sənədlərin qəbulu üçün inzibati reqlament.

 

1. Ümumi müddəalar

1.1. Elektron xidmətin adı: pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması məqsədi ilə müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsi üzrə informasiya sistemlərinin formalaşdırılması və yaradılmasını, eləcə də qeyd olunan sahələr üzrə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin hüquqi əsasının yaradılmasını əhatə edir.

 1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət

       Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli
Fərmanı;

  •     Azərbaycan Respublikasının «Fitosanitar nəzarəti haqqında» 12 may 2006-cı il tarixli 102- IIIQ nömrəli Qanunu;
  •    «Fitosanitar nəzarəti haqqında»  Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 441 nömrəli Fərmanı;

               -   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il   22 yanvar tarixli 10
nömrəli qərarı ilə təsdiq edilmiş  «Pestisidlərin, bioloji preparatların  və
aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və
istifadəsinə icazə verilmiş  preparatların siyahısına daxil edilməsi Qaydaları»

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti

1.5. Elektron xidmətin digər icraçıları:  Azərbaycan Respublikasının Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirlikləri, Gömrük və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitələri.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət avtomatlaşdırılmamışdır.

1.7. Elektron xidmətin icra müddəti:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli                    qərarı ilə təsdiq edilmiş «Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş  preparatların siyahısına daxil edilməsi Qaydaları» nın 10-cu bəndinə müvafiq olaraq  pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması müraciət qəbul olunduğu gündən  15 gün müddətində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması üçün hüquqi və fiziki şəxslərin müraciətlərinə əsasən aidiyyəti üzrə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq qərar qəbul edilməsi.
 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

2.1. Elektron xidmətin növü:  informativ.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

Müvafiq xidmət növü ilə bağlı dövlət rüsumu müəyyənləşdirilmişdir.Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2008-ci il tarixli 757-IIIQD nömrəli Qanununun müvafiq maddəsinə uyğun olaraq pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 50 manat müəyyən edilmişdir.

 

Xidmət növünə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:
Benifisiar (alan) bank

Adı:
Kodu:
VÖEN:                                   
Müxbir hesab:                       
SWIFT:                                
Dövlət Xəzinədarlığı Agentliyi
210005
AZ41NABZ01360100000000003944
1401555071
BİK CTREAZ22
Alan müştəri:

hes №                                   
VÖEN                                    
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti
AZ17CTRE00000000000002117131
1403006271
Köçürülən məbləğ:  

Rəqəmlə  
Yazı ilə 


50 AZN
əlli manat 

 

Ödənişin təyinatı:  «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2008-ci il tarixli 757-IIIQD nömrəli Qanununa görə  pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu.
                            
Büdcə səviyyəsinin kodu:1
Büdcə təsnifatının kodu: 142252
Ödəmə üsulu: Köçürmə.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və  fiziki şəxslər, dövlət orqanları və digər aidiyyəti qurumlar.

2.4. Elektron xidmətin təqdim olunma yeri:
Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:
e-xidmet.dfnx.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:
-    e-xidmet. mailto:dfnx@dfnx.gov.az

  • tel: 012 562- 87-44

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

    Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının   aparılması üçün   aşağıdakı sənədlər tələb olunur:

Hüquqi və  fiziki şəxslər pestisidlərin, bioloji preparatların  və aqrokimyəvi maddələrin dövlət  sınağının aparılması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliynə rəsmi  müraciət etməlidirlər.

 Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

a) hüquqi şəxslər üçün:

 1) hüquqi şəxsin adı
2) təşkilati-hüquqi forması
3) hüquqi ünvanı;

b) fiziki şəxslər üçün:

 1) soyadı, adı, atasının adı
2) şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr (bundan sonra - preparat) barədə məlumat:
preparatın adı və kimyəvi forması;
istehsalçının adı;
təsiredici maddənin adı;
preparatın satış adı;
preparatda təsiredici maddənin təyin olunma metodikası;
preparatın toksikoloji və gigiyenik cəhətdən qiymətləndirilməsinə dair materiallar və ondan istifadə olunma reqlamenti;
preparatın təyinatı və bioloji qiymətləndirilməsi barədə məlumat.

      
3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. İnformativ növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

3.2. İnteraktiv elektron xidmət üçün sorğu:

Sorğu internet ünvanının (yeri göstərilməklə) xüsusi bölməsində  yaradılmış və real vaxt rejimində Ərizə formasının doldurulması ilə formalaşır. Doldurulmuş ərizə və digər tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada qəbul edilir və bu barədə göndərən şəxsə təsdiqetmə bildirişi göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması üçün təqdim olunan sənədlər Ekspert Şurası tərəfindən qəbul edilir.
Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.

3.4. Sorğunun icrası:

Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının
         aparılması və qeydiyyata alınması barədə:

 Müraciət və təqdim olunan sənədlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində xüsusi kitabda qeydə alınmaqla qəbul edilir.
Preparatın dövlət sınağını  və qeydiyyatını  təşkil  etmək məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti təşkilatların iştirakı ilə Ekspert Şurası yaradır. Ekspert Şurası tərəfindən 15 gün müddətində ərizəçinin təqdim etdiyi sənədlər təhlil edilir, çatışmazlıqlar və  imtina üçün əsas olmadıqda, ərizəçiyə preparatın dövlət sınağına qəbul edilməsi barədə məlumat verilir.
Preparatın dövlət sınağının aparılmasından imtina edildiyi halda ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.
Preparatın dövlət sınağının aparılmasından aşağıdakı hallarda imtina edilir:
qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilmədikdə;
ərizəçinin təqdim etdiyi  sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Xidmətin yerinə yetirilməsinə nəzarəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Aparatının Bitki mühafizəsi və  sertifikatlaşdırma sektoru digər sektorlarla əlaqəli həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün əlaqə vasitələrindən istifadə oluna bilər.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

Göstərilən xidmətlərlə bağlı dövlət orqanlarının qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

                  Təqdim olunan məlumatların həqiqiliyini təsdiq edirik. 

          
___________________                         Ələddin Eyvazov
Rəis müavini                               

"_____" ____________ 2013- cü il

 

Qeyd: Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş  preparatların siyahısına daxil edilməsi üçün aşağıda qeyd olunan sənədlər tələb olunur:

  1. Kənd Təsərrüfatı Nazirliyinə rəsmi müraciət

Rəsmi müraciətdən sonra  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində yaradılmış Ekspert Şurasına aşağıda qeyd olunan sənədlər təqdim olunmalıdır:
elektron formada:

  1. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalına lisenziya
  1. hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
  2. fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması və vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
  1.  pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr (bundan sonra - preparat) barədə məlumat:
  1. preparatın adı və kimyəvi forması;
  2. istehsalçının adı;
  3. təsiredici maddənin adı;
  4. preparatın satış adı;
  5. preparatda təsiredici maddənin təyin olunma metodikası;
  1. preparatın toksikoloji və gigiyenik cəhətdən qiymətləndirilməsinə dair materiallar və ondan istifadə olunma reqlamenti, tətbiqi üzrə təlimat (azərbaycan dilində)

Mütləq Ekspert Şurasına təqdim edilməlidir:

  1. Standart maddə
  2. Preparat forması-nümunə



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45