• 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR
  • 30/06/2017-Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur
  • 13.06.2017 / İDXAL ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI ÜZRƏ TƏLİM ÖZ İŞİNƏ BAŞLAYIB
  • 09.06.2017 / Nazir Heydər Əsədov Yevlax şəhərində Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarinin sakinləri ilə görüşüb

27 İyul 2017
Dont risk

Xəbərlər

05.06.2017 / Azərbaycanda istifadə olunan pestisidlərin insan sağlamliğina və ətraf mühitə təsiri araşdirilacaq

İyun 2017-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Çəyirtkəkimilərlə mübarizə zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın qarşısının alınması” mövzusunda təşkil etdiyi təlim-seminar öz işinə başlayıb.

FAO-nun “Cənubi Qafqazda və Orta Asiyada çəyirtkəkimilərlə mübarizə Proqramı” çərçivəsində 5-14 iyun tarixlərində davam edəcək seminarda zərərvericilərlə mübarizə zamanı istifadə olunan pestisidlərin insan orqanizminə və ətraf mühitə vurduğu zərərin qarşısının alınması, pestisidlərin zərərli təsirinin yumşadılması və digər məsələlər müzakirə ediləcək.

Azərbaycan Respublikasında karantin və xüsusi təhlükəli zərərvericilərlə mübarizənin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Dövlət Xidmətinin rəisi Camal Quliyev bildirib ki, mübarizə çərçivəsində pestisidlərdən və kimyəvi maddələrdən istifadənin insan orqanizminə təsiri amilləri həmişə diqqətdə saxlanılır və təhlükəsizlik texnikaları qaydalarına ciddi əməl olunur.

Camal Quliyev Azərbaycanda zərərvericilərlə mübarizə çərçivəsində çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini, lakin bu mövzuda tədbirin ilk dəfə baş tutduğunun əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycana gəlişindən məmnun olduğunu dilə gətirən FAO-nun beynəlxalq dərəcəli eksperti Harold Vander Valk, Dövlət Xidmətinin kimyəvi maddələrdən istifadə çərçivəsində böyük uğurlara nail olduğunu dilə gətirib.

Ekspert təmsil olunduğu qurumun son illərdə müxtəlif ölkələrdə bu sahədəki fəaliyyətini artırdığını söyləyib: “Bizim əsas məqsədimiz, həmin ölkələrdə zərərvericilərlə mübarizə zamanı pestisidlərdən və kimyəvi maddələrdən istifadənin insan sağlamlığına və ətraf mühitə təsirini müəyyən etmək və bu sahədə monitorinqlər keçirməkdir”.

Qeyd edək ki, 7-11 iyun tarixlərində Hacıqabul rayonu ərazisində mübarizə tədbirləri zamanı araşdırmaların aparılması, lazımi tövsiyələrin verilməsi və bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması üçün praktiki işlərin görülməsi nəzərdə tutulub.

 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45