• 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR
  • 30/06/2017-Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur
  • 13.06.2017 / İDXAL ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI ÜZRƏ TƏLİM ÖZ İŞİNƏ BAŞLAYIB
  • 09.06.2017 / Nazir Heydər Əsədov Yevlax şəhərində Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarinin sakinləri ilə görüşüb

27 İyul 2017
Dont risk

Xəbərlər

30/06/2017-Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, cari ilin iyun ayında Azərbaycan Respublikasının Cəlilabad rayonunda yetişdirilən, Qazaxıstan Respublikasına ixrac olunan ümumilikdə 81,5 ton kartof məhsulu karantin tətbiq edilən zərərli orqanizm Qızılı kartof nematodu (Globodera rostochiensis Behrens) aşkar edilməsi əsas göstərilərək bu ölkədən geri qaytarılmışdır.

Bununla bağlı bildirik ki, geri qaytarılmış kartof məhsulundan təkrarən nümunələr götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Fitohelmintologiya laboratoriyasında yoxlanılmış və məhsulda sözügedən nematod aşkar edilməmişdir. Həmçinin Cəlilabad rayonunun kartof məhsulunun yetişdirildiyi əkin sahələrindən götürülmüş torpaq nümunələrində də nematod və ya onların sistalarına rast gəlinməmişdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti bildirir ki, Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur. Bu barədə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ilə əlaqə saxlanılmış, birgə komissiyanın təşkil olunaraq yüklərdən təkrarən nümunə götürülərək hər hansı üçüncü bir ölkənin müvafiq laboratoriyasında  yoxlanılması təklif edilmişdir. Bununla bağlı səfirliyin nümayəndəsi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən təqdim olunmuş materialların diplomatik kanallarla qarşı tərəfə çatdırılacağı və zəruri tədbirlərin görüləcəyini bildirmişdir.

 

 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45