• 21.07.2017 / BARAMA İSTEHSALÇILARINA (KÜMÇÜLƏRƏ) SUBSİDİYANIN ÖDƏNİLMƏSİNƏ BAŞLANILDI
  • 03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir
  • 03/07/2017-DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ XƏBƏRDARLIQ EDİR
  • 30/06/2017-Qazaxıstan Respublikasından geri qaytarılan kartof məhsulu fitosanitar tələblərə tam uyğundur
  • 13.06.2017 / İDXAL ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI ÜZRƏ TƏLİM ÖZ İŞİNƏ BAŞLAYIB
  • 09.06.2017 / Nazir Heydər Əsədov Yevlax şəhərində Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsən rayonlarinin sakinləri ilə görüşüb

27 İyul 2017
Dont risk

Xəbərlər

03/07/2017-Cənub bölgəsində “Şümşad odlucasi”na qarşi mübarizə tədbirləri davam etdirilir

Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşa təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericisinin ikinci nəslinin tırtılları aşkar olunub.

Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 63 hektar, Lənkəranda 48 hektar, Masallıda isə  8 hektar meşə təsərrüfatı sahələrində adıçəkilən zərərvericilərə qarşı mübarizə aparılıb.

Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir. Tədbirlərin əsas məqsədi, adıçəkilən zərərvericilərin respublikamız ərasizində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısı almaqdan ibarətdir.

Hazırda adları qeyd edilən rayonlarda meşə təsərrüfatının zərərvericilərdən qorunması istiqamətində genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45