• 27.11.2017 / FİTOSANİTARİYA SAHƏSİNDƏ BEYNƏLXALQ STANDARTLARIN TƏMİN EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
  • 23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat
  • 17.11.2017/ NAZİR HEYDƏR ƏSƏDOV NOYABRIN 17-DƏ BƏRDƏ RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
  • 15.11.2017/ “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarindaki mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib
  • 23.10.2017/İTALİYADAN İDXAL EDİLMİŞ DEKORATİV BİTKİLƏRDƏ NÖVBƏTİ DƏFƏ ZƏRƏRLİ ORQANİİZM AŞKAR EDİLİB
  • 23.10.2017/ İXRAC EDILƏN POMIDOR MƏHSULLARINA YENI TƏLƏBLƏR

11 Dekabr 2017
Dont risk

Xəbərlər

19.09.2017 / İXRAC ZAMANI BİTKİ VƏ BİTKİ MƏNŞƏLİ MƏHSULLARIN YOXLANILMASI VƏ FİTOSANİTAR SERTİFİKATLAŞDIRILMASI ÜZRƏ TƏLİM SEMİNARI ÖZ İŞİNƏ BAŞLAYIB

19 sentyabr 2017-ci il tarixdə FAO-nun “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “İxrac zamanı bitki və bitki mənşəli məhsulların yoxlanılması və fitosanitar sertifikatlaşdırılması” üzrə təlim seminarı öz işinə başlayıb.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişlərinin iştirak etdiyi təlimin əsas məqsədi, müfəttişlərə bitki və bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq və milli qanunvericiliyin aşılanması və bu sahədə  onların bilik və bacarıqlarının artırılmasıdır.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirak etmişdir.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Camal Quliyev Azərbaycan Respublikasında aqrar sahədə həyata keçirilən islahatlar və inkişaf istiqamətləri, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin  edilməsi barədə ətraflı məlumat verib. Camal Quliyev həmçinin son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaş- dırılması, zərərli orqanizm- lərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laborato- riyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığından danışaraq, 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını  və  bu sistemin əhəmiyyətliliyini vurğulayıb. O , qeyd edib ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaq.

FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis iştirakçıları təlimin iş planı ilə tanış edib, onlar üçün nəzəri və əməli məşğələlərin təşkil olunacağı barədə məlumat verib. Sonra seminar gündəliyə uyğun olaraq öz işinə başlayıb.

Qeyd edək ki, seminar iştirakçıları təlimin praktiki hissəsinin həyata keçirilməsi məqsədi ilə  sabah Xaçmaz rayonu ərazisinə səfər edəcək. Fitosanitar müfəttişlər ixrac olunacaq bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışının təşkili, nümunələrin götürülməsi  və fitosanitar sertifikatlarının verilməsi prosedurları ilə yaxından tanış olacaqlar.

Təlim seminarı 21.09.2017-ci il tarixdə başa çatacaqdır. 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45