• 12.04.2018 / Fermerlərin nəzərinə: pambiq əkini zamani herbisidlərin tətbiqinin üstünlüklərindən istifadə etmək lazimdir
  • 12.04.2018 / Fermerlərin nəzərinə: pambiq əkini zamani herbisidlərin tətbiqinin üstünlüklərindən istifadə etmək lazimdir
  • 04.04.2018 / Ağcabədi rayonunda regional müşavirə keçirilib
  • 03.04.2018 / İmişli rayonunda regional müşavirə keçirilib
  • 02.04.2018 / Kürdəmir rayonunda regional müşavirə keçirilib
  • 07.03.2018/ 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə MƏLUMAT

27 Aprel 2018
Dont risk

Xəbərlər

23.11.2017 / 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 2016-cı ildə bir sıra həlli vacib olan tədbirlər həyata keçirilmişdir. Belə ki, 2016-cı ildə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişləndirilmiş, Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında fitosanitariya əməkdaşlığı sahəsində imzalanmış Saziş Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli 732 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə 10.02.2016-cı il tarixdə Bakı şəhərində “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsinin icraya başlanmasına həsr olunmuş və 25.05.2016-cı il,  28-30 İyun və 27-29 sentyabr tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsi çərçivəsində idxal olunan bitkiçilik məhsullarına fitosanitar karantin baxışın keçirilməsinə həsr olunmuş seminarlar keçirilmişdir.

Tədbirlərdə Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Dövlət Gömrük Komitəsinin məsul işçiləri, FAO-nun əməkdaşları iştirak etmişdir.

Ümumdünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir.                                                                                                          Dövlət Xidməti tərəfindən insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanmış, fermer və torpaq mülkiyyətçilərinə  təqdim edilmişdir. Xidmətin mütəxəssisləri tərəfindən bu istiqamətdə fermer və torpaq mülkiyyətçilərinin maarifləndirilməsi işləri 2016-cı ildə davam etdirilmişdir.

Respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirilmiş, Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın və tikanlı quşüzümünün yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə Xidmət tərəfindən işlənib hazırlanmış milli proqramların icrası uğurla davam etdirilir. Qeyd olunan dörd karantin tətbiq edilən zərərli orqanizmin təcrid və ləğv edilməsi üzrə həyata keçirilən Milli Proqramlar heç bir əlavə maliyyə vəsaiti cəlb edilmədən Dövlət Xidmətinin daxili imkanları hesabına aparılır.

            13 fevral 2016-cı il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir. Tədbirdə Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Ermənistan Respublikalarından, o cümlədən işğal altında olan ərazilərdən karantin tətbiq edilən və xüsusi təhlükəli növlərin respublika ərazisinə keçməsi və miqrasiyası problemi təhlil edilmiş, 2013-2015-ci illərdə Mərakeş, İtaliya və Asiya çəyirtkələrinin ölkə ərazisinə miqrasiyası və təhlükəli miqrasiyaların qarşısının alınması yolları barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda işğal altında olan ərazilərdən respublika ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyasının fitosanitar vəziyyəti mürəkkəbləşdirdiyi bildirilmişdir.

   2016-cı ilin 24 deakbr tarixində Zərdab rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 170 nəfərin iştirakı ilə “Respublikanın Aran iqtisadi rayonunda fitosanitar tədbirlərin həyata keçirilməsi və ipəkçilikdə yem bazasının zərərli orqanizmlərdən mühafizəsi” mövzusunda   regional seminar-müşavirə keçirilmişdir.

            Seminarda Dövlət Xidmətinin mütəxəssislərinin  «Tut bitkisinin zərərvericiləri: kiçik tut odlucasının bioekoloji xüsusiyyətləri»,  «Kiçik tut odlucası əleyhinə mübarizə tədbirləri» kimi aktual məruzələri dinlənilmiş, fermerlərin və torpaq mülkiyyətçilərinin  müasir bitki mühafizəsi ilə bağlı sualları Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən  cavablandırılmışdır.  Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış daxili karantin obyektləri olan Amerika ağ kəpənəyi, kartof güvəsi, tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılmışdır.        

            Kənd Təsərrüfatı Nazirliyində  keçirilmiş «Azərbaycan Respublikasının taxıla, o cümlədən ərzaqlıq buğdaya olan tələbatının dayanıqlı ödənilməsi ilə bağlı mövcud olan problemlərin müzakirəsi» mövzusunda müşavirədə, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidməti  tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində keçirilmiş «Azərbaycan Respublikasında ziyanvericilərə qarşı inteqrə edilmiş mübarizə metodlarının tətbiqi və təşviqi» üzrə dəyirmi masa»da, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi və Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu tərəfindən Cəlilabad rayonunda keçirilmiş «Üzüm bağlarında aqrotexniki tədbirlərin elmi əsaslarla aparılması yüksək məhsuldarlığın əsasıdır» mövzusunda elmi-praktiki seminarda, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi,  Kənd Təsərrüfatı Layihələri və Kreditlərininin İdarəedilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Şəki Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi  tərəfindən Şəki rayonunda keçirilmiş «Taxıl bitkilərinin quraqlığa davamlı sortlarının nümayişi, yüksək məhsuldarlığı və keyfiyyəti şərtləndirən becərmə texnologiyalarının üstünlükləri»  mövzusunda elmi-praktiki seminarda, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Tərtər Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə birlikdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər rayonunda yerləşən Tərtər Bölgə Təcrübə Stansiyasında "Yeni taxıl sortlarının nümayişi, onların mütərəqqi becərmə texnologiyası, yığımı və toxumçuluğunun təşkilinin elmi əsasları" mövzusunda, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidməti, Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə birlikdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan rayonunda yerləşən Qobustan Bölgə Təcrübə Stansiyasında «Dəmyə bölgələri üçün yeni taxıl sortlarının yaradılması və toxumçuluğunun təşkili» mövzusunda  keçirilmiş elmi-praktiki seminarlarda Dövlət Xidməti rəhbərlik və mütəxəssislər səviyyəsində təmsil olunmuş və elmi-praktiki seminar və müşavirələrdə müzakirə edillmiş məsələlərə dair mövzularla çıxış etmişlər.     

           Dövlət Xidməti tərəfindən ölkə əhalisinin gündəlik istehlakı üçün lazım olan bitki və bitkiçilik məhsullarının keyfıyyətinə nəzarət artırılmışdır. Bölgələrdə istehsal və tədarük olunan  və ölkəyə idxal edilən məhsulların keyfıyyət göstəriciləri (xüsusilə, onların tərkibində nitrat və nitrit birləşmələrinin miqdarı) yoxlanılaraq nəzarətdə saxlanılmışdır.

2016-cı ildə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında ölkəyə gətirilən 17426 aqrokimyəvi maddə nümunəsində 69704 keyfiyyət göstəriciləri və 577 pestisid nümunəsində 2308 keyfiyyət göstəriciləri təyin edilmişdir.      2016-cı ildə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında  idxal və ixrac edilən bitki və bitkiçilik məhsullarının  38783 nümunəsində pestisidlərin, 30266 nümunədə  nitrat və nitrit qalıqlarının, 5074 nümunədə  mikotoksinin və 43118  nümunədə  isə ağır metalların miqdarı təyin edilmişdir. 2016-cı ildə Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyalarında  idxal və ixrac edilən bitki və bitkiçilik məhsullarının  159579 nümunəsinin ekspertizası aparılmış, 24577 ekspertiza protokolu tərtib edilmişdir.

2016-cı ildə Respublika Karantin Ekspertiza Mərkəzinin fumiqasiya dəstəsi tərəfindən 152919,7 ton texniki yükün, 2493037 m3 taxta materialı, obyekt və boş anbar sahələrinin zərərsizləşdirilməsi işləri aparılmışdır. 

Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyalarında kənd təsərrüfatı məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 15 halda karantin tətbiq edilən zərərli orqanizmlər, 147 halda isə zərərli orqanizmlər aşkar edilmişdir. Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş 24 ton kartof məhsulu zərərsizləşdirilmiş, 48 ton kartof məhsulu ixracatçı ölkəyə geri qaytarılmış, 2021 ton ərzaqlıq qarğıdalı, 42,5 ton ərzaqlıq günəbaxan tumu, 1330 ton ərzaqlıq buğda məhsulu xüsusi aqreqatlar vasitəsi ilə təmizləndikdən sonra (ümumilikdə alınan 23 ton çıxar yandırılmışdır) istifadəsinə icazə verilmişdir.

 2016-cı ildə Xidmətin tabeli qurumları tərəfındən mütəmadi olaraq kənd təsərrüfatı məhsullarının əkin sahələrində, satış yarmarkalarında, bazarlarda, topdansatış bazalarında  bitki və bitkiçilik məhsullarının keyfiyyət göstəricilərinə nəzarət olunmuş, idxal olunan 2408918,6 ton, ixrac olunan 635047,3 ton bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilmiş, nümunələr götürülərək analiz olunmuş məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlər və tərkibində  insan həyatına və sağlamlığına təhlükə törədən zəhərli kimyəvi maddələr aşkar edilmiş 268980,1 kq məhsul dövriyyədən çıxarılaraq məhv edilmişdir.                               Dövlət Xidməti tərfəfindən qeyri-dövlət fitosanitar xidməti subyektlərinin normal fəaliyyəti üçün şərait yaradılmış və kənd təsərrüfatının mineral gübrələrə və pestisidlərə olan tələbatının təmin edilməsi  məqsədi ilə 2016-cı ildə respublikaya pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin gətirilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən ölkəyə 2012,5 ton pestisid və 174762 ton aqrokimyəvi maddələr idxal edilmişdir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq 2015-ci ildə qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli vasitələrdən biri kimi qəbul edilən bioloji mübarizə üsulu əsasında bitki mühafizəsi sahəsində iqtisadi və sosial səmərənin təmin edilməsi üçün Dövlət Xidmətinin Abşeron rayonlararası Bioloji laboratoriyasında trixoqrammanın istehsalı bərpa edilmiş və 2015-ci ildə İmişli rayonu ərazisində “MKT İK” MMC-yə məxsus 1132 hektar pambıq əkini sahəsində, 2016-cı ildə isə İmişli rayonu ərazisində “MKT İK” MMC-yə məxsus və Beyləqan rayonunda 2215  hektar pambıq əkini sahəsində bioloji mübarizənin tətbiqi uğurla həyata keçirilmiş, pestisidlərin tətbiqindən tam imtina edilmiş, nəticədə məhsulun maya dəyərinin azaldılması ilə yanaşı, aqrobiosenozlarda mövcud olan «bitki-fitofaq-entomofaq» sistemi qorunub saxlanılmışdır.

Respublika üzrə 2016-cı ildə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, Dövlət Xidmətinin 26 fevral 2016-cı il tarixli əmri ilə ölkə ərazisində 2016-cı ildə karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirlərini gücləndirmək və bu tədbirlərin səmərəli həyata keçirilməsində yerli qurumlara, fermerlərə əməli köməklik göstərmək məqsədi ilə respublikaının bütün bölgələrini əhatə edən qərargahlar yaradılmışdır.

Mübarizə tədbirlərində müasir tipli, ultra kiçik həcmli çiləyici aqreqatların tətbiqinin genişləndirilməsi yolu ilə pestisidlərlə işləmələrin texnoloji prosesi təkmilləşdirilmiş, mobil bitki mühafizə dəstələrinin avtonom və ultra kiçik həcmli çiləyici aqreqatlarla təmin edilməsi mübarizə tədbirlərinin çevikliyini və gündəlik iş həcmini 5 dəfədən çox artırmış, mübarizə tədbirlərinə çəkilən xərcləri dəfələrlə azaltmışdır.         

Rayon bitki mühafizəsi mərkəzləri tərəfindən 2016-cı ildə siçanabənzər gəmiricilərin aşkarlanması üçün 2135830 hektar sahədə müşahidə işləri aparılmış, 801941 hektar ərazidə sirayətlənmə aşkar edilmişdir. Zərərvericiyə qarşı təsərrüfat subyektləri hesabına 95561 ha mexaniki, 26518 ha kimyəvi mübarizə, büdcə vəsaitləri hesabına 106422 ha kimyəvi mübarizə aparılmışdır. Respublika üzrə cəmi 228501 hektar mübarizə tədbirləri aparılmışdır.

  Çəyirtkəkimilərin aşkarlanması üçün 704237 hektar sahədə müşahidə işləri aparılmış, 141127 hektar ərazidə sirayətlənmə aşkar edilmişdir. Zərərvericiyə qarşı 18188 hektarda  kimyəvi mübarizə aparılmışdır.

 Amerika ağ kəpənəyinin aşkarlanması üçün 42519 ha müşahidə aparılmış, 1870 ha sirayətlənmə aşkar edilmişdir. Mübarizə tədbirləri 1084 hektarda, o cümlədən kimyəvi mübarizə 924 hektarda, mexaniki mübarizə 160 hektarda aparılmışdır.

 Dənli bitkilərin zərərvericiləri və xəstəliklərini aşkar etmək məqsədi ilə 353261 ha yoxlama-müşahidə işləri aparılmış, 96562 ha sirayətlənmə və yoluxma olduğu müəyyən edilmiş, 34867 ha ərazidə mübarizə işləri aparılmışdır. Mübarizə işlərinin 27265 hektarı təsərrüfat subyektləri, 7602 hektarı büdcə vəsaiti hesabına aparılmışdır.

Yonca bitkisi müşahidə aparmış 217896 ha sahənin 25773 hektarında sirayətlənmə aşkar edilmiş, 14101 ha sahədə mübarizə tədbirləri aparılmışdır.

Pambıq bitkisinin zərərverici və xəstəliklərinin aşkarlanması üçün 164971 ha müşahidə aparılmış, 71701 ha sirayətlənmə aşkar edilmiş, 71236 ha mübarizə tədbirləri aparılmışdır.

Tütün bitkisinin zərərverici və xəstəliklərinə qarşı 967 ha mübarizə işləri aparılmış, müşahidə aparılmış sahə 1640 ha, sirayətlənmiş sahə 2179 ha olmuşdur.

Kartof bitkisinin zərərverici və xəstəliklərini aşkarlanmaq üçün 125856 ha müşahidə aparılmış, 56773 ha sirayətlənmə aşkar edilmiş, 56687 ha kimyəvi mübarizə tədbirləri aparılmışdır. Mübarizə işlərinin 9584 hektarı büdcə vəsaitləri hesabına aparılmışdır.

Bostan-tərəvəz bitkilərinin zərərverici və xəstəliklərinin aşkarlanması üçün 169143 ha müşahidə aparılmış, 65698 ha sirayətlənmə müəyyən edilmiş təsərrüfat subyektləri hesabına 54730 ha, büdcə vəsaiti hesabına 3878 ha kimyəvi mübarizə aparılmışdır.

 Meyvə bitkilərinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 280130 ha yoxlanılmış, 150027 ha sirayətlənmə aşkar edilmiş, 99742 ha mübarizə işi aparılmışdır. O cümlədən karantin ziyanvericilərə qarşı 9960 ha  kimyəvi mübarizə tədbirləri aparılmışdır.

 Üzüm sahələrində yoxlama aparılmış 92723 ha, sirayətlənmiş 36460 ha, mübarizə aparılmışdır 81993 ha.

 Əkinlərin alaq otları ilə sirayətlənməsini müəyyənləşdirmək üçün 806995 ha yoxlama-müşahidə işləri aparılmış, 453502 ha sirayətlənmə aşkar edilmiş, 338264 ha kimyəvi və mexaniki üsullarla mübarizə tədbirləri aparılmışdır. 3631 hektar ərazidə mübarizə tədbirləri büdcə vəsaitləri hesabına aparılmışdır.

 Respublika üzrə 2016-cı il ərzində kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 5098321 ha müşahidə işləri aparılmış, 1903613 ha sirayətlənmə və yoluxma aşkar edilmiş, 1005369 ha mübarizə işləri aparılmışdır. O cümlədən 182875 ha mexaniki, 822494 ha kimyəvi mübarizə təşkil etmişdir.

 Mübarizə tədbirlərinin 853670 hektarı təsərrüfat subyektləri hesabına, 151699 hektarı dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına aparılmışdır. 2016-cı ildə xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınmış, zərərli orqanizmlərin populyasiyası minimuma endirilərək respublika ərazisində fitosanitar sabitlik təmin edilmişdir.

Azərbaycan Respublikasından ixrac olunan bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması üçün Dövlət Xidmətinin rayonlararası bitkilərin karantini məntəqələrinə optik xətlər çəkilmiş, 2017-ci ilin I rübündə sistemin fəaliyyətə başlaması təmin ediləcəkdir.

İxrac olunan bitki və bitkiçilik məhsullarının sertifikatlaşdırılmasının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) qoşulması,  Dövlət Xidmətinin fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, “hökumət-vətəndaş” münasibətlərində daha şəffaf və operativ əlaqələrin qurulmasına yönələcək,  bu sahədə hüquqi və fiziki şəxslərə elektron xidmətlərin göstərilməsi gecikmələrin qarşısının alınmasına öz müsbət təsirini göstərəcəkdir.

Torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vahid fitosanitar nəzarətinin təmin edilməsi, bu sahədə paralelliyin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təbeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il tarixli 110 nömrəli qərarı ilə yaradılmış regional aqrokimya laboratoriyaları Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən Dövlət Xidmətinin tabeliyinə verilmişdir.

Aqrokimya laboratoriyalarının cihaz və avadanlıqlarla təchiz edilməsi məqsədi ilə tender keçirilmiş, qalib firma tərəfindən regional aqrokimya laboratoriyalarında cihaz və avdanlıqların quraşdırılması işlərinə başlanılmışdır. 2017-ci ilin I rübündə işlər tamamlanacaqdır.

Aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasının təşkil edilməsi, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanmasının həyata keçirilməsi, torpağın əlverişli morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsi, torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarını müəyyən edilməsi fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaqdır.

 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45