• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Xəbərlər

27.11.2017 / FİTOSANİTARİYA SAHƏSİNDƏ BEYNƏLXALQ STANDARTLARIN TƏMİN EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Noyabr ayının 27-də “Fitosanitar karantin nəzarətində olan məhsullarin ənənəvi ixrac bazarlarındakı mövqelərin möhkəmlən- dirilməsi məqsədi ilə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və xidmətin əməkdaşları, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndələri, Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova və Gəncə, Qazax, Şəki, Zaqatala, Mərkəzi Aran bölgələrinin və Naxçıvan MR-nın ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalçıları və ixracatçıları iştirak edib.

Tədbirin əsas məqsədi sahibkarlara fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədi ilə fitosanitariya sahəsində milli və beynəlxalq qanunvericiliyin aşılanması, ixrac üçün məhsul istehsalında fitosanitar təhlükəsizlik baxımından kritik nəzarət nöqtələri, zərərli orqanizmlərlə mübarizənin təşkili, ləğvedici tədbirlər sistemi, karantin rejiminin tətbiqi, ixrac öncəsi karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsinin zəruriliyi, ağac qablaşdırma materiallarına qoyulan fitosanitar  tələblər (İSPM 15), həmçinin idxalçı ölkələrin fitosanitar karantin tələbləri, Azərbaycanda fitosanitar karantin nəzarətində olan məhsulların ixrac üçün sertifikatlaşdırılması sistemi, ixrac üçün yoxlamaların təhlili zəruriliyi  barədə məlumatların verilməsi və bu sahədə dəstəyin göstərilməsindən ibarət olmuşdur.

Tədbiri açan Dövlət Xidmətinin rəisi Camal Quliyev qeyd etdi ki, 2017- ci ilin 10 ayı ərzində  30- dan artıq ölkəyə ümumi çəkisi  408186,9 ton olmaqla 375321,6 min ABŞ dolları dəyərində meyvə - tərəvəz məhsulları ixrac olunmuşdur. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104479 min ABŞ dolları və ya  38,6 % çoxdur. Pomidor və kartof ixracı 50 % dən artıq, soğan  və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə ,pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

Camal Quliyev sahibkarlığın inkişafına verilən dövlət dəstəyi və bu sahədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, həmçinin ixrac potensialının güclən- dirilməsi, idxaldan asılılığın azaldılması, davamlı ərzaq təhlükəsizliyinin  təmin  edilməsi barədə ətraflı məlumat verib. O, son illər Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, zərərli orqanizmlərin diaqnostikası və keyfiyyətə nəzarət üzrə milli laboratoriyaların diaqnostik səviyyəsinin yüksəldilməsi, respublika ərazisində fitosanitar vəziyyətin elmi əsaslarla idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə pestisidlərin zərərli təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atıldığından danışaraq, 11 regionda həm Aqrokimya Laboratoriyası, Karantin Ekspertiza Laboratoriyası, həm də Nəzarət Toksikologiya Laboratoriyalarınn funksiyasını həyata keçirən vahid laboratoriya sisteminin yaradılmasını və  bu sistemin əhəmiyyətliliyini vurğulayıb. Qeyd olunub ki, məsələlərə kompleks yanaşılması və istehsal edilən məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi sağlam və keyfiyyətli məhsulların ixracının artırılmasına səbəb olacaqdır.

Diqqətə çatdırıb ki, Azərbaycan üçün ənənəvi ixrac bazarlarında mövqelərin möhkəmləndirilməsi və ixrac coğrafiyasının genişləndirilməsi üçün beynəlxalq fitosanitar standartların tələblərinə uyğun sağlam və keyfiyyətli məhsulun istehsal edilməsi vacib şərtlərdəndir. Kənd Təsərrüfatı Nazirliyi bu sahədə sahibkarlara lazımi dəstək göstərir və göstərməkdə davam edəcəkdir.

Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova kənd təsərrüfatı nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlərin sahibkarların maarifləndirilməsində əhəmiyyətini qeyd edərək son illərdə aparılan aqrar islahatların real nəticələr verdiyini və bu sektorda fəaliyyət göstərən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən danışıb.

Daha sonra FAO-nun  Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin nümayəndəsi  Vüqar Bəşirov da qonaqları salamlayaraq, kənd təsərrüfatı sahəsində əldə olunmuş naliyyətlərdən danışaraq, tədbir iştirakçılarına uğurlar arzuladı.

Sonra Dövlət  Fitosanitar Nəzarəti Xidmətinin sektor müdiri Xəyalə Dadaşova, Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin Direktoru Taleh Şəmiyev və Respublika Toksikologiya və keyfiyyətə Nəzarət Mərkəzinin Direktoru Fuad Ağayev çıxışlarında Beynəlxalq fitosanitar qanunvericilik, idxalçı ölkələrin fitosanitar karantin tələbləri, ixrac zamanı məhsulların fitosanitar sertifikatlaşma sistemi, uyğunsuzluqlar üzrə notifikasiya sistemi, bitkiçilik məhsullarının tərkibində pestisid, nitrat və nitritlərin qalıq miqdarının minimal hədləri baradə tədbir işrirakçılarına ətraflı məlumat verdilər.

Sonda sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.

 

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45