• 19.07.2018/ Tovuz rayonunda kartof güvəsinə qarşı mübarizə tədbirləri aparılır
  • 18.07.2018/ FÜZULİ VƏ AĞDAMDA PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ" MÖVZUSUNDA MÜŞAVİRƏ KEÇİRİLİB
  • 14.07.2018/ Gürcüstandan Azərbaycana İtaliya çəyirtkəsinin kütləvi miqrasiyasının qarşısı alınıb
  • 13.07.2018/ Pambıq sovkasına qarşı bioloji mübarizə tədbirləri davam edir
  • 11.07.2018/ Saatlı və Sabirabad rayonlarında fermerlər üçün maarifləndirici təlim keçirilib
  • 11.07.2018/ Gədəbəydə Kolorado kartof böcəyinə qarşı mübarizə başlayıb

21 İyul 2018
Dont risk

Xəbərlər

07.03.2018/ 2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər barədə MƏLUMAT

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən 2017-ci ildə bir sıra həlli vacib olan tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Dövlət Xidmətinin beynəlxalq əlaqələri genişləndirilmiş, “Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” Azərbaycan Respublikasının 02 oktyabr 2017-ci il tarixli Qanunu ilə qəbul edilmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, FAO-nun dəstəyi ilə həyata keçirilən “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində 2017-ci ilin mart, may və iyun aylarında idxal və ixrac olunan bitkiçilik məhsullarına fitosanitar karantin baxışın keçirilməsinə həsr olunmuş seminarlar keçirilmişdir. Layihə çərçivəsində müvafiq idxal, ixrac və laboratoriya prosesləri və əməliyyatları üzrə metodikalar və protokolların FAO və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hazırlanması davam etdirilir.

Dövlət Xidməti tərəfindən Respublika ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlərin həyata keçirilməsi istiqamətində işlər həyata keçirilmiş, Amerika ağ kəpənəyinin, kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın,  tikanlı quşüzümünün, kiçik tut odlucasının və siçanabənzər gəmiricilərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi üzrə Dövlət Xidməti tərəfindən işlənib hazırlanmış milli proqramların icrası uğurla davam etdirilmişdir.                  2017-ci ilin 11 fevral tarixində Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə "Dənli taxıl bitkilərinin xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsinin məhsuldarlığın artırılmasında əhəmiyyəti" mövzusunda regional müşavirə keçirilmişdir.                                                                                     2017-ci ilin 10 mart tarixində  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşları, bələdiyyələr, icra nümayəndələri, torpaq mülkiyyətçiləri və fermerlərin  iştirakı ilə Qobustan rayonunda “Dağlıq Şirvan bölgəsinin mədəni əkinlərində fitosanitar vəziyyətin təhlili və siçanabənzər gəmiricilər əleyhinə mübarizə tədbirlərinin həyata keçirilməsinin elmi-praktik əsasları”na dair  regional müşavirə keçirilib.                Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən hesabat dövründə ölkə ərazisində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı aparılan səmərəli mübarizə tədbirləri nəticəsində fitosanitar sabitlik təmin edilmiş, istehsal olunan və əhalinin gündəlik istehlakı üçün lazım olan bitki və bitkiçilik məhsullarının keyfiyyətinə nəzarət artırılmışdır.                                                                                                                       2017-ci ildə Dövlət Xidməti tərəfındən fitosanitar sabitliyə nəzarəti gücləndirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının əkin sahələrində, satış yarmarkalarında, bazarlarda, topdansatış bazalarında bitki və bitkiçilik məhsullarının keyfıyyət göstəricilərinə nəzarət olunmuş, idxal olunan 1972815,2 ton, ixrac olunan 756557,3 ton bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilmiş, nümunələr götürülərək analiz olunmuş, məhsullarda karantin tətbiq edilən zərərli orqanizmlər və tərkibində insan həyatına və sağlamlığına təhlükə törədən zəhərli kimyəvi maddələr aşkar edilmiş 297758 kq məhsul dövriyyədən çıxarılaraq məhv edilmişdir. 2017-ci ildə bitkiçilik məhsullarının ixrac strukturu və dinamikası dəyişmiş, coğrafiyası genişlənmiş, 65-dən artıq bitki və bitkiçilik məhsulları 50-yə yaxın ölkəyə ixrac edilmişdir.                                                                                                                                                       Kənd təsərrüfatının mineral gübrələrə və pestisidlərə olan tələbatının təmin edilməsi  məqsədi ilə hesabat dövründə respublikaya pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin gətirilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən 2017-ci ildə ölkəyə 2762,5 ton pestisid və 170377,1 ton aqrokimyəvi maddələr idxal edilmişdir.                         Dövlət Xidmətinin Respublika Toksikologiya və Keyfıyyətə Nəzarət Mərkəzinin laboratoriyalarında 2017-ci ildə ölkəyə gətirilən 22100 aqrokimyəvi maddə nümunəsində 88400 keyfiyyət göstəriciləri və 1745 pestisid nümunəsində 6980 keyfiyyət göstəriciləri təyin edilmiş, idxal və ixrac edilən bitki və bitkiçilik məhsullarının 42336 nümunəsində pestisidlərin, 36240  nümunədə nitrat və nitrit qalıqlarının, 5475 nümunədə mikotoksinin və 40975 nümunədə isə ağır metalların miqdarı təyin edilmişdir.                                                                                            Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyalarında 2017-ci ildə 162696 nümunə ekspertiza edilmiş,  daxil olmuş nümunələr əsasında 23525 ekspertiza protokolu tərtib edilmişdir. Mərkəzin laboratoriyalarında kənd təsərrüfatı məhsullarından götürülmüş nümunələrin ekspertizası zamanı 26 halda karantin tətbiq edilən zərərli orqanizm, 283 halda isə zərərli orqanizmlər aşkar edilmişdir.                                                                                                   Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş kivi məhsulunun sirayətlənmiş 127 kq çıxar hissəsi, kartof məhsulunun (24,8 ton) sirayətlənmiş 3,9 ton çıxar hissəsi seçilərək yandırılma yolu ilə məhv edilmiş, 29,4 ton ərzaqlıq və 8 ton toxumluq   kartof məhsulu yandırılma üsulu ilə məhv edilmiş, 49 ton kartof məhsulu ixracatçı ölkəyə geri qaytarılmış, zərəli orqanizm aşkar edilmiş 401,82 ton kartofun toxum kimi istifadəsi qadağan olunmuş, bəzək (dekorativ) ağaclar (tut bitkiləri) kimyəvi preparatlarla işlənmiş və nəzarətə götürülmüş, 18 ədəd pittosporium bitkisi yandırılaraq məhv edilmiş, 2364 ton ərzaqlıq qarğıdalı xüsusi aqreqatlar vasitəsi ilə təmizlənmiş və 9960 kq yovşanyarpaqlı ambroziya toxumları olan çıxar yandırılmış, 3673 ton ərzaqlıq buğda məhsulu xüsusi aqreqatlar vasitəsi ilə təmizlənmiş, çıxan 36630 kq buğda çıxarı yandırılmışdır. Rusiya Federasiyasından idxal olunmuş 40 ton (30 və 10 ton olmaqla iki partiya) və 16 ton yonca toxumu tərkibində karantin tətbiq edilən alaq toxumu sarı sarmaşıq və yovşanyarpaqlı ambroziya toxumları aşkar edildiyi üçün məhsul xüsusi aqreqatlar vasitəsilə təmizlənmiş, çıxan çıxar (ümumilikdə 1060 kq) yandırılmışdır. Şabran rayonu ərazisində Aqro Az MMC-yə məxsus üzüm bağının karantin tətbiq edilən zərərverici filloksera aşkar edilmiş 3 ha hissəsində bitkilərin yoluxmuş hissələri kəsilərək sahədən kənarlaşdırılmış və məhv edilmişdir.                                                                                                                                              2017-ci il ərzində Respublika Karantin Ekspertiza Mərkəzinin fumiqasiya dəstəsi tərəfindən 161247 ton texniki yükün, 3969805 m3 taxta materialı, obyekt və boş anbarların zərərsizləşdirməsi işləri aparılmışdır.                                                                                                    Kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı kompleks mübarizə tədbirlərində  müasir tipli, ultra kiçik həcmli çiləyici aqreqatların tətbiqinin genişləndirilməsi yolu ilə pestisidlərlə işləmələrin texnoloji prosesi təkmilləşdirilmiş, mobil bitki mühafizə dəstələrinin avtonom və ultra kiçik həcmli çiləyici aqreqatlarla təmin edilməsi mübarizə tədbirlərinin çevikliyini və gündəlik iş həcmini 5 dəfədən çox artırmış, mübarizə tədbirlərinə çəkilən xərcləri dəfələrlə azaltmışdır.                                                                                                                              2017-ci ildə Respublika Bitki Mühafizəsi Mərkəzi tərəfindən siçanabənzər gəmiricilərin aşkarlanması üçün 2473170 hektar sahədə müşahidə işləri aparılmış, 1011506 hektar ərazidə sirayətlənmə aşkar edilmişdir. Zərərvericiyə qarşı təsərrüfat subyektlərinin hesabına 124293 hektar kimyəvi mübarizə, büdcə vəsaitləri hesabına 248310 ha sahədə kimyəvi mübarizə aparılmışdır.                                                                                                                                        Çəyirtkəkimilərlə sirayətlənmiş sahələri aşkar etmək məqsədi ilə 530452 ha ərazidə müşahidələr aparılmış, 167988 ha sirayətlənmə aşkar edilmiş, 1722 ha sahədə təsərrüfat subyektləri hesabına, 39249 ha sahədə isə dövlət büdcəsindən ayrılan vəsaıtlər hesabına kimyəvi mübarizə aparılmışdır.

2017-ci ildə  amerika ağ kəpənəyinə qarşı 37788 ha  sahədə  yoxlama aparılmış, 3091 ha sahədə yoluxma qeyd edilmiş, 1731 ha sahədə mübarizə tədbirləri aparılmışdır. Bundan 243 ha təsərrüfat subyekti hesabına, 1488 ha isə büdcə vəsaiti hesabına aparılmışdır.                         Dənli bitkilərin zərərvericiləri və xəstəliklərini aşkar etmək məqsədi ilə 668830 ha sahədə yoxlama-müşahidə işləri aparılmış, 57246 ha sirayətlənmə və yoluxma olduğu müəyyən edilmiş, 31498 ha ərazidə mübarizə işləri aparılmışdır.                                                                              Yonca sahələrində müşahidə aparılmış 96496 ha sahənin 24986 hektarında sirayətlənmə aşkar edilmiş, 11046 ha sahədə mübarizə tədbirləri aparılmışdır.                        Pambıq bitkisinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 492678 ha sahədə müşahidələr aparılmış, 230520 ha sirayətlənmə aşkar edilmiş, 296238 ha sahədə mübarizə tədbirləri aparılmışdır.                                                                                                                      Tütün bitkisinin zərərverıcı və xəstəliklərinə qarşı 1427 ha sahədə mübarizə aparılmışdır.        Kartof bitkisinin zərərverici və xəstəliklərini aşkarlamaq üçün 110239  ha sahədə müşahidə aparılmış, 66523 ha sahədə sirayətlənmə aşkar edilmiş, 52062 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır.                                                                                                 Bostan-tərəvəz bitkilərinin zərərverici və xəstliklərinin aşkarlanması üçün 141954 ha sahədə müşahidə aparılmış, 55115 ha sahədə sirayətlənmə müəyyən edilmiş, 57469 ha sahədə kimyəvi mübarizə aparılmışdır.                                                                                                Meyvə bitkilərinin zərərverici və xəstəliklərini aşkar etmək məqsədi ilə 371849 ha sahə yoxlanılmış, 170904 ha sahədə sirayətlənmə aşkar edilmiş, 139246 ha sahədə mübarizə işi aparılmışdır. O cümlədən karantin tətbiq edilən ziyanlı orqanizmlərə qarşı 11900 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır.                                                                                                  Üzüm bağlarında 94105 ha sahədə müşahidə aparılmış, 33006 ha sahədə sirayətlənmə aşkar edilmiş,   83336 ha sahədə mübarizə aparılmışdır .                                                             Əkinlərin alaq otları ilə sirayətlənməsini müəyyənləşdirmək üçün 793929 ha sahədə yoxlama-müşahidə işləri aparılmış, 440468 ha sirayətlənmə aşkar edilmiş, 112308 ha sahədə mexaniki,  251497  ha sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır.                           Respublika üzrə 2017-ci ildə kənd təsərrüfatı bitkilərinin zərərverici, xəstəlik və alaq otlarının aşkarlanması üçün 5818187 hektar sahədə müşahidə işləri aparılmış, 2303093 ha sahədə sirayətlənmə və yoluxma aşkar edilmiş, 1451372 ha sahədə mübarizə işləri aparılmışdır. O cümlədən 226839 ha sahədə mexaniki, 1224533 ha sahədə kimyəvi mübarizə təşkil etmişdir.                                                                                                                           Mübarizə tədbirlərinin  1151162 hektarı təsərrüfat subyektlərinin hesabına,  300210 hektarı isə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına aparılmışdır.                                         Torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vahid fitosanitar nəzarətinin təmin edilməsi, bu sahədə paralelliyin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təbeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il tarixli 110 nömrəli qərarı ilə yaradılmış Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyaları Kənd Təsərrüfatı Nazirliyinin 13 avqust 2016-cı il tarixli Kollegiya Qərarına əsasən Dövlət Xidmətinin tabeliyinə verilmişdir.                                                                                                                               Regional aqrokimya laboratoriyaları yeni tikilmiş binalarda yerləşdirilmiş, laboratoriyalar  qaz və maye xromatoqrafları, Atomik spektrometr, PH-metr, Spektrofotometr, Kondiktometr, Distillə aparatıları,  Keldal, Stereoskopik (binokulyar) və Bioloji mikroskoplar, Təzyiqli süzmə dəzgahı kimi müasir cihaz və avadanlıqlarla təchiz edilmiş, laboratoriyalarda cihaz və avdanlıqların quraşdırılması işləri tamamlanmışdır.                                                                               2017-ci ildə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regional aqrokimya laboratoriyalarına şəffaf qaydada, müsabiqə yolu ilə kadrların seçilməsi işləri aparılmış, Türkiyə Respublikasının tanınmış alimləri və beynəlxalq ekspertlər tərəfindən laboratoriyaların əməkdaşları üçün  təlimlərinin keçirilməsi prosesi davam edir. Abşeron və Göygöl regional aqrokimya laboratoriyalarının kadrlarla təmin edilməsi işləri başa çatdırılmış, laboratoriyalar tam gücü ilə işləməyə başlamışdır.                                                                                                                               2017-ci ildə Abşeron və Göygöl regional aqrokimya laboratoriyalarında torpaq mühiti, duzluluq, qida maddələri və mikroelemetlərin təyini üzrə 5515 analiz aparılmış və torpaq sahələri üçün kartoqramların hazırlanması işlərinə başlanılmışdır. 2018-ci ilin I rübündə digər laboratoriyaların da kadrlarla komplektləşdirilməsi və  laboratoriyaların işə başlaması təmin ediləcəkdir.   Aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasının təşkil edilməsi, sahələrə aqrokimyəvi pasportların verilməsi və kartoqramların hazırlanmasının həyata keçirilməsi, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətlərindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsi, torpağın qida maddələri ilə təminolunma dərəcəsindən, bitkilərin bioloji xüsusiyyətindən və məhsuldarlıqdan asılı olaraq tələb olunan gübrə normalarını müəyyən edilməsi fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaqdır.                                                                                                                                                      Hazırkı dövrədək bitkiçilik məhsullarının zərərlı orqanizmlərdən mühafizəsində kimyəvi mübarizə üsulundan geniş istifadə edilir. Lakin müxtəlif çeşidli pestisidlərdən istifadə edilməsi ekoloji tarazlığın pozulmasına, ətraf mühitin çirklənməsinə, faydalı canlıların məhv olmasına, kənd təsərrüfatı məhsullarında pestisidlərin qalıq miqdarının normadan artıq toplanmasına və qida məhsullarının keyfiyyət göstəricilərinin aşağı düşməsinə səbəb olur.                                      Azərbaycanda da kimyəvi preparatların tətbiqini məhdudlaşdıran inteqrir mübarizə tədbirləri sistemlərinin hazırlanması və ayrı-ayrı məhsulların becərilməsində kimyəvi preparatlardan tamamilə imtina etməyə imkan verən bioloji mübarizə üsullarının işlənib hazırlanmasına xüsusi diqqət yetirilir.                                                                                                         Qeyd olunanları nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Abşeron rayonlararası Bioloji laboratoriyasında 2015-ci ildə qabaqcıl beynəlxalq təcrübədə ən səmərəli bioloji mübarizə üsulu   kimi qəbul edilən trixoqrammanın istehsalı bərpa edilmiş, 2017-ci ildə laboratoriya tərəfindən trixoqrammanın yetişdirilməsi prosesi davam etdirilərək İmişli və Beyləqan rayonlarının pambıq sahələrində 5319 hektar sahədə pambıq sovkasına qarşı trixoqrammanın tətbiqi  uğurla həyata keçirilmiş, nəticədə pestisidlərin tətbiqi minimuma endirilmiş, aqrobiosenozlarda mövcüd olan “bitki-fitofaq-entomofaq” sistemi qorunub saxlanılmışdır.                                                                                            Bitki və bitkiçilik məhsullarının idxal-ixracı üzrə mövcud qaydaların beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarı ilə təsdiq edilmiş “Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına, təkrar ixracına, Azərbaycan Respublikasının ərazisində daşınmasına və dövriyyəsinə idxal karantin icazəsinin, təkrar ixracat fitosanitar sertifikatı və fitosanitar sertifikatlarının verilməsi Qaydaları”nın əlavə və dəyişikliklər edilmiş yeni variantı Dövlət Xidməti tərəfindən hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilmişdir.                 Dövlət Xidməti tərəfindən 2017-ci ildə həyata keçirilən bitki mühafizəsi və karantini tədbirləri nəticəsində məhsul itkisinin qarşısı alınmış, zərərli orqanizmlərin populyasiyası minimuma endirilərək respublika ərazisində fitosanitar sabitlik təmin edilmişdir.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45