• 19.10.2018 / Lənkəranda tut bağında çılpaq ilbizlərə sirayətlənmə aşkar olunub
  • 17.10.2018 / Rəşad Vahabzadə: "Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir"
  • 09.10.2018 / Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 05.10.2018 / ASTARADA MEYVƏ VƏ SİTRUS BAĞLARINDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MÜZAKİRƏ OLUNUB
  • 03.10.2018 / Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 03.10.2018 Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

19 Oktyabr 2018
Dont risk

Xəbərlər

01.08.2018/ AĞCABƏDI RAYONUNDA KARANTIN ALAQ OTUNA QARŞI MÜBARIZƏ TƏDBIRLƏRI BAŞLAYIB

Qarğıdalı əkinlərində az sayda tikanlı quşüzümü bitkisinin olması məhsuldarlığı 58 faizədək azalda bilər

Ağcabədi rayon ərazisində karantin tətbiq edilən alaq otu olan tikanlı quşüzümünə (Solanum rostratum Dun.)  qarşı fitosanitar müşahidə işləri və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Ağcabədi Rayon Bitki Mühafizəsi Mərkəzi tərəfindən 3600 hektar sahədə fitosanitar müşahidə aparılıb və 378 hektar sahənin tikanlı quşüzümü ilə sirayətləndiyi müəyyən edilib. May ayının ikinci ongünlüyündə başlayan və hazırda davam edən mübarizə tədbirləri nəticəsində 133 hektar sahədə təmizləmə işləri həyata keçirilib və alaq otu mexaniki üsulla yığılaraq sahədən kənarda yandırılıb.

Mexaniki mübarizə tədbirləri hazırda pambıq sahələrində, yol kənarlarında, küçələrdə, tikinti binalarının və  Müdafiə Nazirliyinin hərbi hissələrinə yaxın ərazilərdə, eyni zamanda Qarqar çayının sahilində yerləşən Muğanlı, Minəxorlu, Kəhrizli, Sarvanlar kəndləri və Hindarx qəsəbəsi ətrafında davam etdirilir.

Qeyd edək ki, Ağcabədi-Bərdə İpək yolunun çəkilişi və kanalizasiya sisteminin quraşdırılması ilə əlaqədar olaraq bu alaq otu Qarqar çayından gətirilən daş çınqılları vasitəsi ilə pambıq sahələrində, otlaq sahələrində, çəmənliklərdə və magistral yolun sağ və sol tərəflərində, eləcə də daşlı  çınqıllı ərazilərdə geniş yayılıb. Hazırda davam etdirilən tikinti işləri ilə əlaqədar alaq otunun daha geniş ərazilərə yayılması müşahidə olunur.

Mədəni bitkilər olmayan sahələrdə isə karantin alaq otuna qarşı kimyəvi mübarizə aparmaq üçün alağın ilkin inkişaf fazalarında dövlət büdcəsi hesabına 80 hektar sahədə Dicamba tərkibli Dicamin SL (Dicamba+2,4 D Amin duzu) (1 L/ha) və Qlyphosate tərkibli Herbogliph 480 SL (2L/ha) herbisidi ilə çiləmə üsulu ilə kimyəvi mübarizə tədbirləri aparılıb.

Mübarizə tədbirləri ilə yanaşı, ətraf kəndlərin sakinləri, fermerlər və təsərrüfat sahibləri ilə birlikdə müntəzəm maarifləndirmə tədbirləri həyata keçirilir və onlara  tikanlı quş üzümü ilə mübarizə tədbirlərinin aparılması ilə bağlı müvafiq tövsiyələr verilir. Alaq otu müşahidə edildikdə, 2.4 D Amin Acid tərkibli Post Amin SL (1,6-2,0 L/ha), 2.4 D Asid  tərkibli hektafermin (1,6-2,0 L/ha), 2,4 D Methyl Amin duzu tərkibli Koruma weed killer (1.6-2.0 L/ha), Tribenuron Methyl tərkibli Granstar və  (10-15 qr/ha) və Triasulfron tərkibli Logran WG (6,5-10 qr/ha) herbisidlərindən biri ilə mübarizə tədbirləri aparıla bilər.

Tikanlı quşüzümü bitkisi badımcançiçəklilər (Solanaseae quşüzümü) fəsiləsinin Solanum cinsinə aid bitki növüdür, Ağdam, Füzuli rayonlarının işğal altında olan ərazilərində, Ağcabədi və Şəki rayonlarında rast gəlinir. Bərdə, Tərtər və Zərdab rayonlarında yayılma ocaqlarının olması ehtimal edilir.

Əkin sahələrinin alaq otu ilə sirayətlənməsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını azaldır, aqrotexniki tədbirlərin aşağı səviyyədə olduğu sahələrdə isə əkinlərin tam məhvinə səbəb olur, məhsulu zibilləyir və keyfiyyətini aşağı salır. Quşüzümü fəsiləsinə aid mədəni bitkilərin zərərverici və xəstəliklərinin (Kolorado kartof böcəyi, kartof güvəsi, pomidorun virus xəstəlikləri və s) çoxalmasına şərait yaradır. Qarğıdalı əkinlərində az sayda tikanlı quşüzümü bitkisi olduqda (4-5 ədəd/m2),  məhsuldarlıq 2-3 sen/ha, 50-60 ədəd/m2 olduqda isə 58 faiz azalır. Tikanlı quşüzümünün yarpaqları heyvanlar tərəfindən yeyilmir.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45