• 19.10.2018 / Lənkəranda tut bağında çılpaq ilbizlərə sirayətlənmə aşkar olunub
  • 17.10.2018 / Rəşad Vahabzadə: "Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir"
  • 09.10.2018 / Lənkəranda çılpaq ilbizlərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 05.10.2018 / ASTARADA MEYVƏ VƏ SİTRUS BAĞLARINDA XƏSTƏLİK VƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ MÜZAKİRƏ OLUNUB
  • 03.10.2018 / Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 03.10.2018 Tovuzda təhlükəli zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir

19 Oktyabr 2018
Dont risk

Xəbərlər

28.09.2018 / Dövlət Fitosanitar Xidmətinin nümayəndə heyəti BMT-nin tədbirində çıxış edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları sentyabrın 26-da Moldava Respublikasının Kişinyov şəhərinə səfər ediblər.

Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT FAO) təşkilatçılığı ilə “Avropada və Mərkəzi Asiyada pestisidlərin idarə olunması, milli və regional potensialın gücləndirilməsi” mövzusunda keçirilən seminarda iştirak etməkdir.

Seminar zamanı nümayəndə heyətinin üzvləri  Azərbaycan Respublikasında pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının tətbiqi, pestisidlərin saxlanılması və istifadəsi zamanı insan sağlamlığına və ətraf mühitə dəyən ziyanın aradan qaldırılması, həmçinin pestisidlərdən istifadə zamanı qarşıya çıxan problemlərin həlli mövzularında çıxışlar ediblər.

Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov Azərbaycan Respublikasında pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının icrası ilə bağlı görülən işlərdən danışıb, eyni zamanda Stokholm və Bazel konvensiyaları tərəfindən qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib.

Daməd Sultanov yüksək toksiki tərkibə malik pestisidlərin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, o cümlədən istifadə olunan pestisidlərin taralalardan yığılıb utilizasiya olunması zamanı qarşıya çıxan problemlərin həlli yolları, pestisidlərdən istifadə zamanı risklərin azaldılması istiqamətində alternativ variantların tapılması yollarının müəyyən edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

Seminarda mövcud problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərin həlli səmərəliliyinin artırılması ilə bağlı FAO tərəfindən irəli sürülən təklifləri və tövsiyələr dinlənilib və qeyd olunan məsələlərlə bağlı müvafiq təkliflər səsləndirilib. 

Seminarda Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan, Tacikistan və Moldava respublikalarının kənd təsərrüfatı nazirliklərinin, eyni zamanda FAO-nun Ankara və Budapeşt ofislərinin nümayəndələri iştirak edirlər.

 



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45