• 22.05.2019 / Ceyrançöl və Küdrü ərazilərində çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri davam etdirilir
  • 21.05.2019 / Şəkidə fermerlərə dənli-paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsi qaydaları izah olunub
  • 21.05.2019 / Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları geniş yayılıb
  • 07.05.2019 / Küdrü düzündə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri aparılır
  • 25.04.2019 / AZƏRBAYCANDA İLK DƏFƏ İSTİXANA ŞƏRAİTİNDƏ ZƏRƏRVERİCİLƏRƏ QARŞI BİOLOJİ MÜBARİZƏ ÜSULU TƏTBİQ OLUNUB
  • 24.04.2019 / Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib

26 May 2019
Dont risk

Xəbərlər

24.04.2019 / Saatlı rayonunda çəyirtkəkimilərə qarşı mübarizə ilə bağlı təlim keçirilib

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri çərçivəsində pestisidlərdən istifadə qaydaları və təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.

Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin (DFX) Respublika Bitki Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri çərçivəsində pestisidlərdən istifadə qaydaları və təhlükəsizlik tədbirlərinə dair təlim keçirilib.

Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Salyan rayon bitki mühafizəsi mərkəzlərinin mütəxəssislərinin və fermerlərin iştirakı ilə baş tutan təlimdə kimyəvi mübarizə zamanı pestisidlərin düzgün seçimi, texniki vasitələrin, eyni zamanda çiləyici aqreqatların nizamlanması, ciləyiçi ucluqlarının kalibrovka olunması, işçi məhlulun hazırlanması üçün istifadə olunan suda pH-mühitinin təyin edilməsi, işçi personalın pestisidlərin təsirindən qorunması üçün xüsusi geyim vasitələrindən istifadə olunması və digər məsələlər müzakirə olunub. 

Təlimdən sonra Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri yerli qurumların nümayəndələri və fermerlərlə birlikdə çəyirtkəkimilərlə sirayətlənmiş Küdrü düzü ərazisində və dövlət fondu torpaqlarında sahə müşahidələri aparıblar. Həmçinin sahələrdə Mərakeş çəyirtkəsinə və digər çəyirtkəkimilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması, mübarizə tədbirlərinin çevikliyinin təmin edilməsi, ultra kiçik həcmli çiləyici aqreqatlar vasitəsi ilə aparılan mübarizə işlərinin səmərəliliyi məsələləri müzakirə edilib.

Qeyd edək ki, kimyəvi mübarizə tədbirlərinin vaxtında aparılması, zərərvericinin daha geniş ərazilərə yayılmasının, eləcə də kənd təsərrüfatı əkinlərinə zərər vurmasının qarşısını alınması məqsədi ilə rayonlarda operativ qərargahlar yaradılıb, onlar lazımı avadanlıqlarla təmin olunub. Ərazilərində çəyirtkəkimilərlə sirayətlənmə müşahidə olunan rayonların icra hakimiyyətləri, rayon DAİM-ləri, fermerlər və digər qurumlar çəyirtkəkimilərə qarşı aparılan tədbirlər barədə məlumatlandırılıb və DFX-nin yerli qurumlarına müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün regionlarında kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri barədə fermerlər və digər torpaq mülkiyyətçiləri ilə mütəmadi maarifləndirmə işləri aparılır, onlara lazımi metodiki köməklik göstərilir.



1 2 3 4
Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45