• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

24 Avqust 2019
Dont risk

Fərmanlar

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANı

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:


1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.6-cı maddəsində və "Atçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2009-cu il
№ 192



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45