• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

24 Avqust 2019
Dont risk

Fermerlərə məsləhət

Lobyanın antraknozu-Colletotrichum lindemuthianum Br. et Cav.

Göbələk bitkinin bütün yerüstü hissələrini yoluxdurur. Cücərtilərdə antraknoz qırmızıtəhər-qəhvəyi, çox vaxt ləpələrdə konsentrik ləkələrin əmələ gəlməsi ilə meydana çıxır. Rütubətli havada ləkələrin səthində çəhrayı örtük əmələ gəlir.

Yaşlı bitkilərin gövdələrində ləkə tünd, qara, basıq və yaxşı görünən sporludur.                                                                           
Quru havada ləkə quruyur və onların səthində uzunsov yarıqlar əmələ gəlir, rütubətli havada isə yoluxmuş sahələr asanlıqla çürüyür və gövdələr sınırlar.
Xəstəliyin yarpaqlarda əlaməti əvvəlcə damarın ayrı-ayrı sahələrinin, sonra ona yaxın yarpaq parenxim toxumasının qaralması ilə müşayət olunur.
Paxlalarda ləkələr həlqəvi, basıq, bir az qabarıq və bərk məxməri haşiyəlidir. Xarakterik çəhrayı və ya sarıtəhər –narıncı yastıcıqlarla örtülüdür.

Mübarizə tədbirləri: Sağlam bitkilərdən alınan toxum materialından istifadə edilməli, toxumlar dərmanlanmalı, davamlı sortlar becərilməlidir.
Bitki qalıqları dərin şum altına salınmalı, növbəli əkinə əməl edilməli, fosfor-kalium gübrələrindən istifadə olunmalıdır.
Xəstəliyin ilkin  simptomları göründükdə akrobat MS 0.8 kq/ha, antrakol 1.0 kq/ha, penkozeb 1.2 kq/ha preparatlarından biri ilə çiləmə aparılır.

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45