• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

24 Avqust 2019
Dont risk

Fermerlərə məsləhət

Buğdanın bərk və ya iylənən sürməsi-Tilletia caries (DC.) Tul.

İnfeksiyaya uğramış sünbüllər yaşıl rəngdə uzun müddət qalır, eyni zamanda onlar sağlamlara nisbətən daha nazikdirlər.

Törədicilər teliospor  şəklində toxumlarda və ya quraqlıq zonalarda torpaqda saxlanılır. Səpindən sonra teliosporlar cücərir və haploid bazidiosporlarla (sporidi) bazidilər formalaşır. İnkişaf edən patogen çiçək toxumluğuna düşən zaman göbələyin mitseli toxumalarda yayılır. Sirayətlənən bitkilərin buğumları qısaldığından adətən sağlamlardan kiçikdir, onların sünbülləri isə boruya çıxma fazasında göy-yaşıl rəngli olurlar.


Törədicinin mitseli inkişaf etdikcə tünd kifləşmiş fraqmentlərə transformasiya olunur, onlardan isə gələcəkdə teliosporlar formalaşır və “sürmə kisələri” əmələ gəlirlər. 
Xəstəlik sünbüllər əmələ gələn zaman müşahidə edilir. T. caries göbələyi ilə yoluxmuş dəni süd yetişmə fazasında sıxan zaman ondan üç metilamin iyi verən boztəhət maye ayrılır.

Mübarizə tədbirləri.  Buğdanın bərk və ya iylənən sürmə  xəstəliyindən qorumaq üçün elə tədbirlər həyata keçirilməlidir ki, xəstəliyin kütləvi inkişafının qarşısı alınsın.Tədbirlər sistemi ölkənin hər bir regionu üçün xəstəliyin  inkişaf qanunauyğunluqları, bitkinin becərilmə şəraiti və intensiv texnalogiyanın tələbləri nəzərə alınmaqla işlənməlidir.

Fumqisidlərdən mübarizə tədbiri üçün aşağıdakılardan istifadə olunur.

Alyans – (diniconazol) – 1   ton toxuma 1,5 kg

Conil – 1  ton toxuma 1,5 kg

Dinit. DS. – 1   ton toxuma 1,5 kg

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45