• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

24 Avqust 2019
Dont risk

Fermerlərə məsləhət

Taxil böcəyi "“ Zabrus tenebrioides Goeze

Taxıl böcəyinin uzunluğu 14 "“ 16 mm olub, adətən metal parıltılı qara rəngdədir. Bığcıqları, ağız aparatının hissələri və pəncələri qonur qırmızıdır.

Qanad üstlüyü qabarıqdır, üzərində uzununa gedən 9 zolaq vardır. Ayaqları qısa və qüvvətlidir. Sürfəsi çirkli ağ rəngdədir. Baş və döş buğumları tünd qonur rəngdədir. Qarıncıq buğumlarının üst tərəfində köndələninə gedən qəhvəyi ləkələr var. Qarıncıq getdikcə nazilir və iki çıxıntı ilə qurtarır. Axırıncı yaşda sürfənin uzunluğu 25 mm-ə çatır.

Taxıl böcəyi qış dövrünü torpaqda (30-40 sm dərinlikdə) müxtəlif yaşlı sürfə mərhələsində keçirir. Aprelin ikinci ongünlüyündən etibarən sürfələr pup mərhələsinə keçməyə başlayır. Pup mərhələsi 13-19 gün davam edir. Böcəklər buğda, arpa,çovdar,vələmir və s. bitkilərinin “sütül” dəni ilə qidalanır.

Sürfələr cücərtilərin yarpaqlarını elə gəmirirlər ki, axırda yarpaqların yalnız sap yumağına oxşar damarları qalır.Taxıl böcəyinin sürfələri həm payızda (soyuqlar düşənə qədər),həmdə yazda (puplaşma dövrünə qədər) ziyan vurur.

Bikinin süd və mum yetişkənliyi dövründə hər bir böcək təqribən 50-60 buğda dəni məhv edə bilir.

Mübarizə tədbirləri: Zərərverici ilə sirayətlənmiş sahələrin taxılı biçildikdən sonra küləş tamamilə yığılmalı və 25-30 sm dərinlikdə şum   aparılmalıdır;
Pestisidlərdən mübarizə tədbiri üçün aşağıdakılardan istifadə olunur:

Asetamiprid tərkibli pereparatlardan:

Kinplan   -  0,15 kq/ ha

Mostar    -  0,15 kq/ ha

Çipermetrin  tərkibli pereparatlardan:

Fastoks    - 0,3 l/ ha

Kunq- Fu - 0,3 l/ ha

Cyrux    - 0,3 l/ ha

Sirayətlənmiş sahələrdə növbəli əkin tətbiq edilməlidir. Eyni sahədə bir neçə il ardıcıl buğda əkmək olmaz. Taxıl böcəyi yayılmış sahələrdə bərk buğda sortlarının əkilməsi məsləhətdir.

 

 



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45