• 19.06.2019 / Pambıqçılıq rayonlarında pambıq sovkasına qarşı bioloji mübarizəyə hazırlıq gedir
  • 19.06.2019 / Bölgələrdə fumiqasiya tədbirləri davam etdirilir
  • 18.06.2019 / Pambıqçılıq rayonlarında vətəndaşlara texniki təhlükəsizlik qaydaları izah olunur
  • 14.06.2019 / Tovuzda fermerlərə çəyirtkəkimilərlə mübarizə tədbirləri ilə bağlı təlim keçirilib
  • 13.06.2019 / Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi tədbirləri aparılır
  • 11.06.2019 / Pambıqçılıq rayonlarında zərərvericilərə və alaq otlarına qarşı mübarizə davam etdirilir

24 Avqust 2019
Dont risk

Xidmətin göstərilmə qaydası

HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

 
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ YANINDA DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK AŞAĞIDAKI QAYDALARLA TANIŞ OLUN:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəsmi internet səhifəsinə elektron formada göndərilmiş müraciətlər Xidmətin Hüquq, kadr və kargüzarlıq sektorunda "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli  Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları"na uyğun olaraq qeydiyyata alınır və baxılır.
Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır. 
Müraciət edərkən etik qaydalar gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

Hörmətli internet səhifəsi istifadəçiləri!


Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Xidmətin Hüquq, kadr və kargüzalıq sektoruna E-mail: dfnx@dfnx.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Azərbaycan Respublikası, Bakı, Az 1106, N.Nərimanov rayonu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar  Nəzarəti Xidməti. 

   



Copyright by DFNX, 2015
AZ 1106, Bakı şəhəri, N.Nərimanov küçəsi, 7a
(012) 562-87-60 (012) 562-82-45